"Quzuların səssizliyi" (Orijinal adı: ) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmi. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.

Məzmun Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər…

Çəkiliş Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur. Bu şəhərin arxitektura stili, film çəkilişinin müxtəlif yerlərdə olması illüziyasını yaradırdı. Klarisa və Hannibal Lekterin ilk görüşü zamanı aktyor Entoni Hopkins düz kameraya baxırdı. Onun sözlərinə görə, bu zaman tamaşaçıya personajın qatil haqqında bütün məlumatları bildiyi məlum olurdu.

Saundtreklər "Quzuların səssizliyi" filminin mahnıları Almaniyanın Münhen şəhərində "Münhenin simfonik orkestrı" tərəfindən 1990-cı ilin yay aylarında yazılmışdır. Mahnıların bəstəkarı Hovard Şordur. Filmin saundtrek albomu "MCA Records" leyblı tərəfindən 5 fevral 1991-ci ildə istehsal edilmişdir.

İstehsalı Filmin əvvəlcə "Orion Pictures" tərəfindən payız fəslində prokata çıxarılacağını gözlənilirdi. Lakin bu kompaniya ilk növbədə həmin ildə istehsal onunan və məşhur ABŞ aktyoru Kevin Kostnerin baş rol aldığı Canavarlarla rəqs filmini, ardınca "Quzuların səssizliyi" filmini prokata çıxarmışdır. Bu zaman "Orion Pictures" kompaniyası mühüm gəlir əldə etmişdir.

İstinadlar

Mənbə "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40–41.

Xarici keçidlər

Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:1990-cı illərin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:Həkimlər haqqında filmlər Kateqoriya:1991-ci ilin qorxu filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Vaşinqtonda çəkilən filmlər Kateqoriya:Virciniya haqqında filmlər Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:Ohayo haqqında filmlər Kateqoriya:ABŞ-də adam oğurluğu haqqında filmlər Kateqoriya:İllinoys haqqında filmlər Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:ABŞ-nin qorxu triller filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:Transgenderlik haqqında filmlər Kateqoriya:FTB haqqında filmlər Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:Ən Yaxşı Qorxu filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Orion Pictures filmləri Kateqoriya:Kannibalizm haqqında filmlər Kateqoriya:Virciniyada çəkilmiş filmlər Kateqoriya:İngilis dilində qorxu triller filmləri Kateqoriya:1990-cı illərin psixoloji dram filmləri Kateqoriya:ABŞ-nin psixoloji dram filmləri Kateqoriya:ABŞ-nin qorxu romanlarına əsaslanan filmlər Kateqoriya:Qərbi Virciniyada çəkilmiş filmlər