thumb|Küp qəbir. Azərbaycan Tarix Muzeyi. right|thumb|Küp qəbir. Azərbaycan Tarix Muzeyi (Qəbələ rayonundan tapılmışdır).

Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır.

Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. MesopotamiyaОбермайер Г., Доисторихесский человек. Спб, 1913, ст. 570-572, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur.

Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilərKarsten R., Civilization of the South American Indians. London. 1926.

Küp qəbir təcrübəsi Laosda hələ qədim dövrlərdə məlum idi, belə ki, oradakı Küplər vadisində çoxlu sayda küp qəbirlər aşkar olunmuşdur. thumbnail|200px| Myao tayfasının qızları Küplər vadisində

Həmçinin bax Küp qəbirləri mədəniyyəti

İstinadlar

Ədəbiyyat Куфтин Б. A., Мат-лы к археологии Колхиды, т. 1-2, Тб., 1949-50. Schmidt Eric f. Anatolia through the ages. Discoveries at the Alischar mount 1927-29. The University of Chicago press. Chicago, Illinois, 1931

Xarici keçidlər Кувшинные погребения, Советская историческая энциклопедия. М.: Советская энциклопедия . Под ред. Е. М. Жукова

Kateqoriya:Adət və ənənələr Kateqoriya:Dəfn mərasimləri