Luis Xerardo Mendes (; doğ. 12 mart 1982) - Meksikalı teatr, kino aktyoru və prodüser. Luis "Qaraçılar" teleserialında və "Biz zadəganlarıq" () filmində Xavyer rolu ilə məşhurlaşmışdı. Bioqrafiya Aquaskalientes adlı kiçik provinsial şəhərində anadan olmuş Luis, hələ yeniyetmə yaşlarında televizayada işləmək qərarına gəlir və buna görə də o 20 yaşı tamam olan kimi Mexiko şəhərinə köçür və 2003-cü ildən 2005-ci ilə qədər burada yerləşən ən prestijli "Kasa Azul" tədris mərkəzində təhsil almağa başlayır. Gənc olmasına baxmayaraq, o tezliklə öz nəslinin ən hərtərəfli aktyorlarından birinə çevrilir, o həmçinin öz aktyor rezümesinə diqqətçəkici film, teatr və televiziyada çoxsaylı ifalarını daxil etməyi bacarır. Kinoda o rejissor Qustavo Lozanın "Ailənin dostu", rejissor Volter Donerin "Qarşıdan keçən" filmində çəkilmişdir. Lakin onun "Biz zadəganlarıq" filmində göstərdiyi mükəmməl performans, onun ictimaiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdu. Həmin film "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə Ariel nominasiyasına layiq görülmüşdü. Bundan başqa, "Biz - soyluyuq" filmi Meksikanın Milli kinematoqrafiya tarixində ən yüksək gəlirli və reytinqli filminə çevrilmişdi.

Luis Xerardo bir müddət sonra komediya janrında çəkilməyə qərar verir. Bu dövrün ən yaddaqalan filmləri sırasında rejissor Manolo Karo Serranonun "Bilmirəm, öz damarlarımı kəsim və ya onları uzun saxlayım" (eyniadlı pyes əsasında çəkilmişdir) və Marko Polo Konstandsın "Bacarısansa evlən" filmlərinin adlarını qeyd etmək olar.

Teatr səhnəsində Luis ilk dəfə "Generasyon Atari" adlı tamaşa ilə başlamış və daha sonralar ssenari müəllifi Mario Espinozanın "Yastıq adam" və Otto Minerin "Evridika" kimi məşhur tamaşalarında baş rolları ifa etmişdi.

Şəxsi həyatı 2014-cü ilin avqust ayında məşhur aparıcı Marta Debayle sahibi olduğu "Moi" jurnalında bir zaman Luis Xerardodan götürdüyü intervyuya istinad edərək, məşhur aktyorun homoseksual olduğunu bildirmişdi. Luis bu kontekstin həqiqətən də jurnala verdiyi intervyudan götürüldüyünü etiraf etmişdi. Bundan sonra o gey icma nümayəndələrinə etdiyi xəyanətlər barəsində kütləvi informasiya vasitələrini şok vəziyyətinə salan açıqlamalar verməyə başlamışdı

Filmoqrafiya FilmFilmografía IMDb İl Ad Orijinal adı Personaj Qeydlər2015CənnətParaíso2015Haffinqton-Fayn qardaşlarıThe brothers Huffington-FynneDörd müxtəlif rollar2015Elvira, mən ömrümü sənə bağışlardım, lakin onu özüm istifadə edirəmElvira, te daría mi vida pero la estoy usandoRiksrdo / Adrian2014KantinflasCantinflasEstanislao ŞilinskiMən qrinqo üçün əyləcəmI Brake for GringosTurist-kopBacarısansa evlənCásese quien puedaQustavo Mendes2013Şekspirin bir bacısı var idiShakespeare tuvo una hermanaMarkosQısametrajlı filmBilmirəm, öz damarlarımı kəsim və ya onları uzun saxlayımNo sé si cortarme las venas o dejármelas largasLukasBiz zadəganlarıqNosotros los NoblesXavyer "Xavi" Noble2011BakalarBacalarLuisQarşı küləkViento en contraAndresDigər ailəLa otra familiaGeorge20103 Atəş3 ShotsXaimQısametrajlı filmİdalqo: danışılmamış hekayəHidalgo: La historia jamás contadaRodriges180 dərəcə180ºBetoBu, bir gündə baş veribSucedió en un díaTəlimatçıyeddinci bölüm2009SinxronluqSincroniaArturo2008Mənimlə yanaşıMás allá de míRufino2007Sizin dostlarınızTus amigosQısametrajlı film2006Əks göstərişlərEfectos secundariosİqnasio cavan yaşlarındaDaş üstündə qızLa niña en la piedraXoakinQrinqoların torpağıTierra de gringosFresaQısametrajlı film2005Pulsuz əllərManos libresMarçelo2004Zəvvar SantosSantos peregrinosMao

Teleseriallar İl Ad Orijinal adı Personaj Qeydlər2012P.Luçe ailəsiLa familia P. LucheManuelEpizod: "Nabo Vadisi"KlinikaLa clínicaMigel2009-201215-ci dərgi[XY. La revistaXulian Reverte2011Qartalın cazibədarlığıEl encanto del águilaXose Leon ToralEpizod: "Sonuncu Kaudilyo"2010KapadokiyaCapadociaLuisEpizodlar:"Yerin duzu""Kəffarə"Ölüm və azadlıq fəryadıGritos de muerte y libertadXuan Fernando DomingesEpizodlar:"Epidemiya 1810""Jozefanın sui-qəsdləri"2009SimulyantlarLos simuladoresEpizodlar:"Zəhmətkeş""Baketon""İntiqamçı uşaq""Dejavyu"Qatil qadınlarMujeres asesinasLuisEpizod: "Sesiliya, qadağandır"Qreqoriya-tarakanGregoria la cucaracha2008QonşularVecinosPilotEpizodlar:"Ekstremal makiyaj: Məhəllənin düzənlənməsi""Super şəxs""Çayların yeni qızı""Frenki Superestrella""Əlvida üçün qız""Tuppers satışı"2007Lola, bir zamanlarLola, érase una vezDamian Ramos 'Bataka'2005Sınmış gəlbləCorazón partidoİqnasio 'Naço' Eçarri2004QaraçılarGitanasKlaudio2003Gönül oğrusuLadrón de corazonesRaul Teatr Teatr İl Ad Orijinal adı Personaj Qeydlər2013İtin gecə vaxtı naməlum qətliEl curioso incidente del perro a medianocheKristofer BunOLduqca maraqlı səbəblərRazones para ser bonita2008Q prospektiAvenida QEuxenio2007Yastıq adamThe PillowmanMixal2006-2007Bu gün mən onu qaldıra bilmirəmHoy no me puedo levantarKolate

Mükafat və nominasiyalar İl Kateqoriya Film Nəticə 2014 Ən yaxşı kişi aktyoru kateqoriyası üzrə Ariel mükafatı Biz zadəganlarıq 2014 Ən yaxşı kişi aktyoru kateqoriyası üzrə CANACINE mükafatı Biz zadəganlarıq İstinadlar

Xarici keçidlər

Luis Gerardo Méndez aclara rumores sobre su sexualidad Luis Gerardo Méndez Hollywood Debut: ‘Nosotros Los Nobles’ Star To Act Alongside Antonio Banderas And Adrien Brody

Kateqoriya:Homoseksual aktyorlar Kateqoriya:Meksika aktyorları