Anna Vatanabe () — yapon model, aktrisa və müğənni.

1986-cı ildə Yaponiyanın paytaxtı Tokio şəhərində məşhur yapon aktyoru Ken Vatanabenin ailəsində dünyaya gəlmişdir. Anna Kenin birinci yoldaşı Yumiko Vatanabedən olan yeganə qızıdır.

2006-cı ildə yay fəsli üçün keçirilən model yarışmasında ilk dəfə olaraq iştirak etmişdir. Anna 2010-cu ildə peşəkar karyeraya başlamış və "Anna Sui", "Tommy Hilfiger", "Vivienne Tam", "Diane von Furstenberg" şirkətlərinin təşkil etdiyi podiumlarda iştirak edərək bir sıra kosmetika şirkətlərinin simvoluna çevrilmişdir.

Xarici keçidlər

Kateqoriya:Tokioda doğulanlar Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiya YouTuberləri Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri