Bozun əlli çaları () — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar.
İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir.
Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.
Məzmun
250pxKristian Qreyin gizli saxladığı Qırmızı otaq. 250pxKristian və Anasteyşanın ilkQırmızı otaq səhnəsi. 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir. Burada o, Ana ilə fotosessiya üçün razılaşır.
Fotosessiyadan sonra Kristian Ananı birlikdə kofe içməyə dəvət edir, lakin görüşü yarımçıq tərk edərək gedir. Daha sonra məzuniyyət hədiyyəsi olaraq Kristian Anaya Tomas Hardinin “D'Erbervillər nəslindən Tess” romanının ilk nəşrini hədiyyə edir. Ana rəfiqələri ilə bara gedir, burada içdikdən sonra Kristiana zəng edir. Narahat olan Kristian onun ardınca bara gəlir. Səhəri gün, Ana Kristianın otel otağında ayılır və nəyə görə onu kafedə tərk etdiyini soruşur.
Ana və Kristian bir-birinə yaxınlaşmağa başlayır. Konfidensiallıq haqqında müqavilə imzaladıqdan sonra, Kristian əsl həvəsinin bondaja olmasını danışır. Anna Kristiana bakirə olduğunu deyir. Ana müqavilənin şərtləri haqqında fikirləşdiyi müddətdə Kristianın ona qarşı gözlənilməz sevgi hissləri yaranır və bu onu narahat edir.
Kristian Ananı hədiyyə yağışına tutur, ona yeni maşın, laptop və sair hədiyyələr bağışlayır. Keytlə birlikdə Syetla köçdükdən sonra Ana Kristiana daha çox bağlanır. Ana Kristianla birlikdə onun valideynlərinin evində şam yeməyində olur və Kristianın Parisdən yeni qayıtmış bacısı ilə tanış olur. Yemək zamanı Ana qeyd edir ki, sabah anasını görmək üçün Corciyaya gedir. Bu xəbər Kristianı çox əsəbləşdirir, Ana bildirir ki, o Kristianın təklif etdiyi kimi birtərəfli münasibət yox, romantik əlaqə arzulayır. Ana anasının yanında olarkən, Kristianın gözlənilməz ziyarəti onları təəccübləndirir. Daha sonra biznes işləri ilə əlaqəli olaraq Kristian Syetla qayıtmalı olur.
Evə qayıtdıqdan sonra Ana hələ də venerik təcrübələrə maraq göstərən Kristianla görüşməyə davam edir. Ana əvvəlcə Kristianın təkliflərini qəbul edərək onun seksual oyunlarında iştirak edir. Lakin, Kristian mümkün qədər onların arasında hissi əlaqələrin formalaşmamasına çalışır. Qəzəblənən Ana Kristiandan onu necə cəzalandıracağını göstərməsini tələb edir və Kristian isə onun arxasını sillələyir. Bundan sonra inciyən Ana birdəfəlik Kristiandan uzaqlaşma qərarı alır.
Alternativ sonluqda Ana və Kristian keçmişi yada salırlar. Kristian yağışın altında addımlayır, Ana isə həmin vaxtda onun mənzilində ağlayır. Kristian Ana tərəfindən verilmiş və üzərində “Bu mənə xoşbəxt anlarımızı xatırladır. –Ana” yazılmış hədiyyəni tapır.
Aktyor heyəti
Dakota Conson – Anasteyşa “Ana” Stil Ceymi Dornan – Kristian Qrey Eloiza Mamford – Ketrin “Keyt” Kavana, Anasteyşanın rəfiqəsi və otaq yoldaşı. Cennifer İli – Karla Uilks, Anasteyşanın anası. Marsia Gey Harden – Qreys Travelyan Qrey, Kristianın ögey anası. Viktor Rasuk – Xose Rodrigez, Anasteyşanın yaxın dostu. Lyuk Qrimes – Elliot Qrey, Kristianın ögey qardaşı. Rita Ora – Mia Qrey, Kristianın ögey bacısı Maks Martini – Ceyson Teylor, Kristianın şəxsi cangüdəni və təhlükəsizlik sisteminin rəhbəri. Kallum Keyt Renni – Rey Stil. Endryu Eyrli – Karrik Qrey, Kristianın ögey atası. Daylan Nil – Bob Adams, Anasteyşanın ögey atası. Entoni Koneçni – Pol Kleyton, “Clayton's Hardware Store”un sahibinin qardaşı. Emili Fonda – Martina. Raşel Skarsten – Andrea, Kristianın assistantı.
İstehsal
2013-cü ilin əvvəllərindən etibarən müxtəlif Hollivud studiyaları “The New York Times” bestselleri olan 50 çalar trilogiyasına daxil olan romanların ekranlaşdırılması hüququnu əldə etməyə çalışırdılar. “Warner Bros.”, “Sony”, “Paramount”, “Universal” və Mark Uolberqin istehsal şirkətləri film hüquqlarının əldə edilməsi üçün mübarizə aparırdı. Nəhayət, 2013-cü ilin martında “Universal Pictures” və “Focus Features” trilogiyanın adaptasiya hüququnu əldə edir. Kitabların müəllifi olan Ceyms ekranlaşdırma zamanı bəzi nəzarət hüquqlarını əlində saxlamağa çalışırdı."E.L. James Making Unprecedented Demands for Film Rights to Fifty Shades of Grey , The Hollywood Reporter Ceyms “Sosial şəbəkə” filminin prodüserləri olmuş Maykl De Luka və Dana Brunettini film üçün prodüser seçir. “Amerikan psixopatı” romanının müəllifi Bret İston Ellis açıq şəkildə film üçün ssenari yazmaq istəyini ifadə etmişdi, lakin, “Cənab Benksin xilas edilməsi” filminin ssenarisini yazmış Kelli Marselin film üçün ssenari yazması qərarlaşdırılır. Ssenarinin təkmilləşdirilməsi və bəzi obrazların yenidən işlənməsi üçün Teylor-Vud Patrik Merberi işə cəlb etmişdi. Universal ssenarinin təkmilləşdirilməsi üçün Mark Bombakı işə cəlb etmişdi. Mark Brics isə kostyum dizayneri vəzifəsinə təyin olunmuşdu. “Entertainment Weekly ” filmin büdcəsinin “$40 milyon və ya daha çox” olacağını açıqlamışdı. Rejissor seçimi
9 may 2013-cü ildə studiya Co Raytı rejissor kürsüsündə əyləşdirməyə çalışsa da, Raytın iş cədvəli buna imkan verməmişdir. Film üzərində işləyə biləcəyi ehtimal edilən digər rejissorlar isə Petti Cenkins, Bill Kondon, Bennet Miller və Stiven Soderberq idi. 2013-cü ilin iyununda E.L.Ceyms film adaptasiyasının Sem Teylor-Conson tərəfindən ekranlaşdırılacağını elan etdi. Teylor-Conson bildirmişdi ki, film üzərində işləyərkən “9½ həftə”, “Parisdə son tanqo” və “Adelin həyatı” filmlərindən ilhamlanmışdır.
Aktyor seçimi
Bret İston Ellis qeyd edir ki, Robert Pattinson Ceymsin Kristian Qrey rolu üçün ilk seçimi olmuşdur, lakin Ceyms düşünür ki, Pattinson və Kristen Stüartın iki əsas rolu canlandırması yaxşı fikir deyil. Yan Somerhalder və Çeys Krouford da Kristian rolu ilə maraqlanmışdır. Lakin, sonradan Somerhalder bildirmişdi ki, əgər rol üçün onu seçsəydilər əsas rollardan birini canlandırdığı “The CW” telekanalının "Vampirin gündəlikləri" teleserialının çəkiliş cədvəli ilə toqquşmalar yarana bilərdi. 2 senyabr 2013-cü ildə Ceyms Çarli Hannem və Dakota Consonun Kristian Qrey və Anasteyşa Stil rolları üçün sınaqdan keçirildiklərini açıqlamışdı. Anasteyşa rolunu canlandırmağa namizəd olan aktrisaların qısa siyahısına Alisiya Vikander, İmocen Puts, Elizabet Olsen, Şeylin Vudli və Felisiti Cons daxil idi. Naməlum rol üçün Kili Heyzell də sınaqdan keçirilmişdir. Lüsi Heyl də film üçün dinləmədən keçirilənlər sırasında idi. Ceyms, Anasteyşa rolu üçün sınaqdan keçirilən aktrisaların hər birinə İnqmar Berqmanın “Persona” filmindən monoloqu oxumağı tələb edirdi.
Studiya Kristian rolu üçün Rayan Qoslinqi istəsə də, aktyor bu rolla maraqlanmamışdır. Qarret Hedlunda da bu obrazı canlandırmaq təklif edilmiş, lakin o da filmlə maraqlanmamışdır. Stefan Amell qeyd edir ki, Kristian Qrey obrazını canlandırmaqdan imtina edən Hedlund fikrini əsaslandırarkən demişdi ki, “Həqiqətən də bu obrazın maraqlı olduğunu düşünmürəm…Kristian Qrey obrazı mənə heç nə demir.” Hannem əvvəlcə Roldan imtina etsə də, sonradan studiya nümayəndələri ilə görüşməyə razılaşmışdır. O, dinləmə zamanı demişdi: “Obraz məni həqiqətən də maraqlandı və mən onu tam anlamaq üçün birinci kitabı oxumaq qərarına gəldim, bundan sonra obrazın yaradılmasının gətirəcəyi prespektivlər məni daha da çox maraqlandırdı. Biz [Teylor-Conson və mən] birlikdə işləmək qərarına gəldik, rejissorun sevimlisi olan Dakota ilə birlikdə sınaq üçün mətni oxumağa başladıqda bu rolu canlandırmağı həqiqətən də istədiyimi anlandım. Bizim aramızda hansısa material bir cazibə yaranmışdı. O, maraqlı, əyləncəli, qəribə və heyranedici obrazdır.” Fanatların neqativ reaksiyalarına cavab olaraq prodüser Dana Brunetti deyir: “Aktyor seçimi zamanı göründüyündən daha çox keyfiyyətə diqqət yetirilir. İstedad, bacarıq, işi görmək istəyi, başqa aktyorlara sevgi və sair. Beləliklə, əgər sizing sevdiyiniz aktyorlardan kimsə sınaqdan keçirilmirsə demək ki, bu xüsusiyyətlərdən hansısa onda çatışmır. Nifrət edərkən bunu nəzərə alın və prespektivləri düşünün.”
2013-cü ilin oktyabrında aktrisa Cennifer El Anasteyşanın anası Karla obrazını canlandırmaq üçün dəvət edilmişdi. 12 oktyabr 2013-cü ildə “Universal Pictures” “FX” telekanalında yayımlanan “Anarxiya övladları” serialının çəkiliş cədvəli ilə toqquşmalara görə Hannemin film layihəsində iştirak edə bilməyəcəyini açıqlamışdı. Kristian Qrey obrazını canlandırmaq üçün Hannemi əvəz edəcək əsas aktyorlar arasında Aleksandr Skarsqord, Ceymi Dornan, Teo Ceyms, Fransua Arno, Skott İstvud, Lyuk Breysi və Billi Maqnussenin adları çəkilsə də, yekun qərar olaraq Ceymi Dornanla danışıqlara başlanmışdı. Nəhayət ki, 23 oktyabr 2013-cü ildə Ceymi Dornanın Kristian Qrey rolu üçün seçilməsi açıqlanmışdı. 31 oktyabr 2013-cü ildə Viktor Rasuk Xose Rodrigez rolu üçün seçilmişdi. 22 noyabr 2013-cü ildə Eloiza Mamfordun Keyt Kavana rolu üçün seçilməsi açıqlanmışdı. 2 dekabr 2013-cü ildə müğənni Rita Oranın Kristianın gənc bacısı Mia obrazını canlandıracağı haqqında məlumat yayıldı. Ora həm də film musiqisi üzərində çalışmaq istəyirdi. 3 dekabr 2013-cü ildə Marsiya Gey Hardenin Kristianın anası Qreys rolunu canlandıracağı haqqında məlumat yayılmışdı.
Çəkilişlər
Sentyabrda filmin çəkilişlərinin 5 noyabr 2013-cü ildə Vankuver, Britaniya Kolumbiyasında başlanılması planlaşdırılırdı. Növbəti ayda prodüser Maykl De Luka çəkilişlərin 13 noyabr 2013-cü ildə başlayacağını açıqlamışdı.
Lakin, sonradan əsas çəkilişlərin başlama vaxtı yenidən dəyişdirilərək 1 dekabr 2013-cü ilə təyin edilmişdi. Çəkilişlər Vankuverin Gestaun rayonunda aparılmışdr. “Grey Enterprises” şirkətinin binası kimi Bentall 5 binasından istifadə olunmuşdu.
Britaniya Kolumbiyası Universitetinin binasında Ananın məzun olduğu Vankuver Vaşinqton Ştat Universiteti səhnələri çəkilmişdi. “Fairmont Hotel” Vankuverdə “Heatman Hotel” səhnələri çəkilmişdi.
Filmin çəkilişləri daha sonra “North Shore Studios”da davam etdirilmişdi. Filmin istehsalı rəsmən 21 fevral 2014-cü ildə tamamlanmışdı. Dornan və Consonun birlikdə olduğu səhnələr Vankuverdə 13-19 oktyabr 2014-cü ildə çəkilmişdi.
Film musiqisi
Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını bildirmişdi. “The Weeknd” qrupunun ifasında “Earned It” mahnısı albomun ilk sinqlı kimi 24 dekabr 2014-cü ildə çıxarılmışdır. 7 yanvar 2015-ci ild Elli Qoldinqin “Love Me like You Do” mahnısı albomun növbəti sinqlı kimi çıxarılmış və “Billboard Hot 100” hit-paradında üçüncülüyə yüksəlmişdi. Albomun təbliğat sinqlı kimi Sianın ifasında “Salted Wound” mahnısı 27 yanvar 2015-ci ildə çıxarılmışdır. Bu vaxta kimi film musiqisi albomu ABŞ-də 516.000 nüsxə ilə satılmışdı.
Çıxarılması thumb|right|200px|Ceymi Dornan Bozun əlli çalarının dünya premyerasında, Berlinale 2015