Teymur Hüseyn oğlu Nuriyev () — Sosialist əməyi qəhrəmanı (1950).

Həyatı Teymur Hüseyn oğlu Nuriyev 1898-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Əhər şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdu. Şimali Azərbaycana mühacirət etmişdi. 1939–1959-cu illərdə Göygöl rayonunun "Azərbaycan" sovxozunda fəhlə, manqabaşçısı işləmişdi. 1949-cu ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdu.

Teymur Nuriyev 1959-cu ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı idi.

Kateqoriya:Qaradağda doğulanlar Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər