Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti ― Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti.

"Aztelekom" MMC Azərbaycan Respublikasının Milli rabitə operatorudur. Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.

"Aztelekom" tərəfindən stasionar telefonlardan ünsiyyətin təmin edilməsi məqsədilə 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir.

"Aztelekom" İB 2015-ci ildə "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.

Hazırda "Aztelekom" MMC öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir.

"Aztelekom" MMC respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Tarixi right|thumb|Telefon butkası.

Azərbaycanda telefon rabitəsi 1881-ci ildə "Nobel qardaşları cəmiyyəti" tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır. Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, 1933-cü ildə Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır. Növbəti illərdə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılırdı. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə yaradılmışdır. 2004-cü ildə "Aztelekom"un internet provayderi regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq yaradıldı.

"Aztelekom" İstehsalat Birliyi 2015-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Hazırda "Aztelekom" öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.

2019-cu ildə "Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə İSO 9001:2015 sertifikatını əldə edib.

Xidmətləri Beynəlxalq və şəhərlərarası telefon rabitəsi (sifarişlə beynəlxalq və şəhərlərarası telefon rabitəsi, Video-konfrans rabitə, TAC Kart universal danışıq sistemi); Bakı şəhəri və Naxçıvan MR istisna omaqla, bütün ölkə ərazisində lokal telefon rabitəsi (57 yerli Telekommunikasiya müəssisəsinin 89 məntəqəsində 108 mərkəzi və 1129 kənd (qəsəbə) ATS, 23 ATS (38 baza stansiyası) üzərindən 44 bölgə üzrə respublikanın əhali məskunlaşmış ərazisinin 80%-ində CDMA standartlı simsiz telefon rabitəsi, İP telefoniya və İP-TV xidmətləri); İnternet xidmətləri (genişzolaqlı və ayrılmış xətlə internet).

İstinadlar

Mənbə http://news.lent.az/news/46215 http://melumat-merkezi.com/index.php?newsid=104 http://www.ictnews.az/read-32373-news-1.html http://azertag.az/xeber/Aztelekom_Istehsalat_Birliyi_internet_xidmeti_ile_bagli_yeni_kampaniyaya_baslamisdir-20084 http://www.xeber.info/news/olke/11424-llik-gliri-150-milyon-manatdan-ox-olan-aztelekom-stehsalat-birliyi-bu-gn-lknin-nhng-irktlri-srasnda-yer-alr.html http://www.yeniaxtaris.az/2014/11/aztelekom-r%C9%99hb%C9%99ri-haqda-mudhis-dosye/

Xarici keçidlər

Aztelekom LLC

Kateqoriya:Azərbaycan internet provayderləri Kateqoriya:Telekommunikasiya Kateqoriya:Azərbaycan dövlət şirkətləri Kateqoriya:Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Aztelekom Kateqoriya:İnformasiya texnologiyaları Kateqoriya:Azərbaycan telekommunikasiya şirkətləri