Beji Kaid əs-Sebsi, Əl-Baci Qaid əs-Səbsi (; ) — Tunis dövlət və siyasi xadimi, Tunisin 6-cı prezidenti. 2011-ci il 27 fevral — 24 dekabr tarixlərində ölkənin 10-cu baş naziri, 1981–1986-cı illərdə xarici işlər naziri və 1960-70-ci illərdə digər nazir və s. dövlət vəzifələri tutmuşdur.

Həyatı Beji Kaid əs-Sebsi 1926-cı ilin 26 noyabr tarixində Tunisin liman şəhəri olan Sidi-Bu-Səiddə anadan olub. İlk təhsilini vətənində aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanıb. Paris şəhərində hüquq üzrə təhsil aldıqdan sonra 1952-ci ildə vəkillik karyerasına başlayıb. Əs-Sebsinin ilkin siyasi fəaliyyəti 1941-ci ildə başlayır. Parisdə aldığı təhsili başa vurduqdan sonra ölkəsinə qayıdır və burada baş nazir Həbib Burguibanın müşvariri olaraq işləyir. 1965–1969-cu illər aralığında Tunisin daxili işlər naziri, 1969–1970-ci illərdə isə müdafiə naziri vəzifəsində çalışır. Əs-Sebsi ölkəsində 5 il nazir kimi fəaliyyət göstərdikdən sonra, Tunis Fransada səfiri təyin edilir. O, bu vəzifədə çox qalmır, 1971-ci ilin yanvar ayında ölkəsində daha çox demokratik mühitin olmasını tələb edərək vəzifəsindən istefa verir və ölkəsinə qayıdır.

Bir müddət ölkəsində əsas siyasi fiqurlardan biri kimi akitv fəaliyyət göstərdikdən sonra, 1981-ci ilin aprel ayında Məhəmməd Mzalın rəhbərliyi ilə təşkil edilmiş kabinetdə xarici işlər naziri vəzifəsini icra edir. Əs-Sebsi 5 il bu vəzifədə işləyir və 1986-cı ilin sentyabr ayında vəzifəsindən ayrılır. 1987-ci ildə Almaniyaya səfir təyin olunur. 1990 və 1991-ci illərdə Tunis Nümayəndələr Məclisinin sədri seçilir. Əs-Sebsinin parlamentdəki son vəzifəsi 1994-cü ildə başa çatır.

İstinadlar

Kateqoriya:Tunis prezidentləri Kateqoriya:Tunisdə doğulanlar Kateqoriya:"Dövlət nişanı" ordeni (Türkiyə) laureatları Kateqoriya:XX əsr siyasətçiləri