Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi.Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 945 nömrəli Sərəncamı. e-qanun.az

Tarixi

Azərbaycan Turizm İnstitutu Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır.

Rektorlar Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdirC. M. Cəfərovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli 976 nömrəli Sərəncamı. e-qanun.az.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdirİ. İ. Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Azərbaycan universitetləri Kateqoriya:22 dekabrda yarananlar Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:2006-cı ildə Azərbaycanda yarananlar