Fərhad Qurban oğlu Xəlilov () — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən).
Həyatı Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır.
F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri xarici üzvüdür.
Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.
Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilmişdir.
1988-ci ildə Azərbaycan SSR Ali Sovetinin XI çağırış, 1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (xalq deputatı) seçilmişdir.
Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 7 may 1988 "İstiqlal" ordeni — 23 oktyabr 2026 "Şərəf" ordeni — 25 oktyabr 2016 "Şöhrət" ordeni — 25 oktyabr 2006 1-ci dərəcəli "Əmək" ordeni — 23 noyabr 2021 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 13 aprel 2009-cu ildən "İncəsənət və ədəbiyyat" ordeni (Fransa) — 2000 Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı — 2012 Rusiya Rəssamlıq Akademiyasının gümüş medalı — 1987 Rusiya Rəssamlıq Akademiyasının Aleksandr Puşkinin 200 illiyinə həsr olunmuş qızıl xatirə medalı Müstəqil Dövlətlər Birliyinin "Birliyin ulduzu" mükafatı — 2017
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının sədrləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları