() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Ümumi yayılması Azərbaycanda və İranda təbii arealı vardır.
Azərbaycanda yayılması Azərbaycanda təbii halda Lənkəran, Astara rayonları (Astaraçayın kənarı) ərazisində yayılmışdır.
Statusu Azərbaycanın nadir bitki növüdür. LC.
Bitdiyi yer Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır.
Təbii ehtiyatı Azərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3–5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli qaidəsi ürəkvarı ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12–15 sm eni isə 7–10 sm arasında olur. Yarpaqcıqların kənarı qeyri-bərabər dişlidir. Bitkinin çiçəkləri iri olub süpürgəvari salxım çiçək qrupunda yerləşir. Çiçəyin ləçəkləri ağ rəngdə olub, uzunsovdur və uc hissəsi çökəklik əmələ gətirir. Meyvələri qara rəngli, üzərində boz ləkələri var. Toxumları iri olur. İyun ayında çiçəkləyir, avqust ayında meyvələri yetişir.
Çохalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daхil edilməsi zəruridir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Böyürtkən