Aşıq Xanlar Məhərrəmov () — Azərbaycan aşığı

Həyatı Aşıq Xanlar Məhərrəmov 1950-ci ilin yanvar ayında Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur.

Aşıq Əmrah, Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Əkbər kimi onun da öz ifaçılıq yolu olmuşdur.

Aşıq Xanlar 48 il ömür sürsə də, onun sazda ifa etdiyi musiqilər hələ də yaddaşlardadır.

1997-ci ildə İstanbul Bələdiyyəsinin keçirdiyi festivalın laureatı olub. Mükafatı Rəcəb Təyyub Ərdoğan təqdim etmişdir.

1998–ci ildə Bakıda vəfat etmişdir.

Ailəsi Solo saz ifaçısı Aşıq Azər Xanlaroğlu Aşıq Xanlar Məhərrəmovun oğludur. Azər 2013-cü ildən "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi. 12 may 2018 ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

İstinadlar

Xarici keçidlər Sərvər Şirin “Portret” rubrikasında mərhum Aşıq Xanlar Məhərrəmovu dostu Aşıq Əli Quliyevlə xatırlayır.

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:XX əsr Azərbaycan şairləri