Ejen İonesko () — rumın dramaturq.

Həyatı Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur. 1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır.

1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır. 1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.

84 yaşında vəfat edən İonesko Parisin Montparnasse məzarlığında dəfn olunmuşdur

Daha çox fransız dilində yazmışdır, lakin rumınların ən çox qürur duyduqları şəxsdir.

Mükafatları Turz Film Festivalı mükafatı — 1959 İtaliya mükafatı — 1963 Teatr Cəmiyyəti mükafatı — 1966 Milli Teatr mükafatı — 1969 Monako mükafatı — 1969 Avropa üçün Avstriya Ədəbiyyat mükafatı — 1970 Qüds mükafatı — 1973

İstinadlar

Kateqoriya:Rumıniya dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Rumıniya yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:Fransa ədəbi tənqidçiləri