Qabriel Anoto (; ) — fransız tarixçisi və dövlət xadimi, Fransanın xarici işlər naziri (1894-1895, 1896-1898), Fransa Akademiyasının üzvü (1897), Fransa Dövlət arxivinin rəisi.
Həyatı Qabriel Anoto 1853-cü ildə anadan olmuşdur. Siyasi fəaliyyətinə görə İstanbulda səfirlikdə işləməklə başlamış, respublikaçılar partiyasının deputatlar palatasına üzv seçilmişdir. O, 1894–1898-ci illərdə Fransanın xarici işlər naziri olmuşdur.
Fransanın müstəmləkəçilik siyasətinin ən fəal tərəfdarı kimi Şərqdə və Afrikada hərbi ekspedisiyaların təşkilində mühüm rol oynamışdır. Onun təsiri ilə 1894–1896-cı illərdə Madaqaskar adası işğal olunub Fransa imperiyasının tərkibinə daxil edilmişdir. Anoto Almaniyanın xarici siyasətinin təcavüzkar xarakterini dərk edərək Rusiya ilə yaxınlaşma tərəfdarı olmuşdur.
Onun əsərlərinin çoxu başlıca olaraq Fransanın orta əsrlər və yeni dövr tarixinin tədqiqinə həsr olunmuşdur. Arxivə rəhbərlik işi tarixçiyə külli miqdarda yeni sənədlərdən istifadə etməyə imkan yaratmışdır.
Qabriel Anotonun ən məşhur əsərləri kardinal Rişelyenin fəaliyyətindən bəhs edir. Bu fundamental tədqiqatlarda məşhur kardinalın dəmir iradəsi, tükənməz enerjisi xüsusi bir pafosla təsvir edilir. Fransa tarixinin parlaq dövrünü tarixçi öz ölkəsinin gələcək əzəmətinin bünövrəsi və başlanğıcı hesab edir. Fransanın yeni ölkələr fəth etməsini isə Anoto ümumdünya tərəqqisinin başlıca amillərindən biri hesab edirdi.
Qabriel Anoto 1944-cü ildə vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat Əlisa Nicat. Dünya tarixçiləri. Bakı, 1998.
Kateqoriya:Fransa tarixçiləri Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:Siyasi Araşdırmalar İnstitutunun müəllimləri (Paris) Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Fransa deputatları Kateqoriya:Fransa Xarici Ərazilər nazirləri Kateqoriya:Fransa xarici işlər nazirləri Kateqoriya:Fransa Milli Məclisinin deputatları Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:Fransa koloniyaları nazirləri Kateqoriya:Fransızlar