Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir.

Hekayə Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.

Xarici keçidlər Polyak dilində kitab haqqında

Kateqoriya:Polşa romanları Kateqoriya:Polyak dilində romanlar Kateqoriya:1959-cu ilin romanları Kateqoriya:XX əsr ədəbiyyatı Kateqoriya:Uydurmada nanotexnologiyalar