Erix fon Manşteyn (; ) — alman feldmarşal, Üçüncü Reyxin ən məşhur generallarından biri.

Həyatı Berlində prussiyalı bir aristokrat olan topçu general Edvard fon Levinskinin ailəsində anadan olmuşdur. Onun kiçik xalası general-mayor Georq fon Manşteynlə evli idi və uşaqları olmurdu. Buna görə də, anadan olacaq uşağın xalasına övladlıq verilməsinə qərar verildi. Beləcə, kiçik Erix həyata bir Manşteyn olaraq başladı.

Erix fon Manşteynin hər iki babası və dayısı da Prussiya generalları idi və keçmiş Almaniya prezidenti Paul fon Hindenburqla da yaxın qohumluq əlaqələri vardı. Beləliklə, onun Prussiya ordusundakı karyerası daha əvvəldən təsdiqlənmişdi. O, 1907-ci ildə leytenant rütbəsini almış və 1913-cü ildə Hərbi Akademiyaya daxil olmuşdur.

Birinci Dünya müharibəsi illərində Qərb və Şərq cəbhələrində xidmət etmişdir. Müharibənin sonunda kapitan rütbəsinə qədər yüksələn Manşteyn müharibə başa çatdıqdan sonra da Alman ordusunda qalaraq ordunun yenidən qurulmasında fəal iştirak etmişdir.

İkinci dünya müharibəsi ərzində isə Nasist Partiyası üzvü olmamasına baxmayaraq general-feldmarşal rütbəsinə qədər yüksəlmişdir. Onun Fransanın işğalı üçün düşündüyü plan sonradan Sichelschnitt (Oraq zərbəsi) adı altında qəbul edildi. O, 1941-ci ilin iyun ayında Barbarossa əməliyyatında və Sevastopolun blokadası əməliyyatında aktiv iştirak etmiş və 1 iyul 1942-ci il tarixində general-feldmarşal rütbəsinə təyin olunmuşdur. O, həmçinin Leninqradın blokadası əməliyyatında da iştirak etmişdir.

Müharibə başa çatdıqdan sonra Nürnberq Məhkəməsi tərəfindən müharibə cinayətləri törətdiyinə görə, barəsində 18 illik həbs qərarı verilmişdir. Lakin, sağlıq problemləri səbəbilə 4 il sonra sərbəst buraxılmışdır. Daha sonra, Qərbi Almaniya hökumətinə hərbi məsləhətçi olaraq köməkçi olmuşdur.

Həmçinin bax Üçüncü Reyx Prussiya krallığı Birinci Dünya müharibəsi İkinci dünya müharibəsi

Xarici keçidlər

Almaniya Tarix Muzeyi The New York Review of Books: "How Wrong Was Churchill?" by Noel Annan İstinadlar

Kateqoriya:Nasist Almaniyası Kateqoriya:Almaniya protestantları Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri Kateqoriya:Almaniyada antisemitizm Kateqoriya:Almaniya antikommunistləri