Əhmədli Sabir Məhəmməd oğlu () — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984), Prezident təqaüdçüsü.
Həyatı və fəaliyyəti Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.
1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir.
1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.
Qarabağ hadisələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetində 1992–1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı idi. Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.
Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.
Kitabları "Kütlə" "Axirət sevdası"(2003) "Şəhid ruhu"(2004)
Mükafatları "Əmək şöhrətinə görə" medalı ilə təltif edilmişdir (1975) "Əməkdar incəsənət xadimi" fəxri adı (1984) "Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991) "Azərbaycanın Xalq yazıçısı" fəxri adı (1992) "Xalqlar Dostluğu" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Əsərləri
Filmoqrafiya Evlənmək istəyirəm (film, 1983)
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:XXI əsr yazıçıları