Kornukopçular — bəşəriyyətin maddi ehtiyaclarının davamlı təminatının məhz texnologiyanın davamlı inkişafı ilə əldə edilə biləcəyinə inanan, əhali artımını rifaha səbəb olacağını müdafiə edənCornucopians. İstifadə tarixi: 18 mart 2026. və praktiki olaraq məhdudiyyətsiz böyümə üçün kifayət qədər maddə və enerjinin mövcud olduğunu iddia edən insanlar qrupu. Kornukopçuların əksəriyyəti iqtisadçı və filosoflardır. Onlar inanırlar ki, müasir ənənələri saxlamaqla iqtisadi inkişaf və texnoloji nailiyyətlər daha az çirklənmiş və daha zəngin ehtiyatlara malik dünya cəmiyyətinin qurulmasını təmin edəcəkdir.

Nə qədər yaxşı səslənsə də, iqtisadi olaraq bir çox tənqidlərə məruz qalan kornukopçular tənqidçiləri tərəfindən “realist olmayan texnoloji optimistlər” adlandırılıblar. İbn Xaldun, Henri Corc, Culian Simon, Herman Hahn və başqalarının ideyalarında kormukopçu yanaşmalar aydın görünür.

Nəzəriyyənin adlandırılması Bu termin latınca “cornucopia” yəni bolluq buynuzu mənasına gələn zənginlik simvolundan götürülmüşdür.

Nəzəriyyə Kornukopçulara əhali artımını problem kimi görmür və əhalinin artımını yaradıcı qüvvələrin artımı kimi görərək artan insan kapitalının daha çox zənginlik yarada biləcəyi fikrini müdafiə edirlərCornucopian. İstifadə tarixi: 18 mart 2026..

Əks görüşlər Bir çox iqtisadçılar kornukopçuların inkişafın əsas təkanverici qüvvəsi kimi texnologiyaya fokuslanaraq digər vacib faktorları görməzdən gəldiklərini və bunun yanlış olduğunu düşünür.

İstinadlar Kateqoriya:İqtisadiyyat Kateqoriya:Siyasi nəzəriyyələr Kateqoriya:Siyasi iqtisadiyyat