Elen Parmelen (; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı
Həyatı Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub.
1957-ci ildə Azərbaycanda olmuşdur.
5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib.
Yaradıcılığı 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir.
"2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir.
"Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir. İncəsənətə dair əsərləri də var.
Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.469
İstinadlar
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransa jurnalistləri Kateqoriya:Fransız jurnalistlər Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransanın qadın jurnalistləri Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları Kateqoriya:XX əsr jurnalistləri