Ələkbərov Kazım Əbdülmanaf oğlu () — görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor (1960), AMEA müxbir üzvü (1968).

Həyatı Kazım Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1929-cu ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1929- 1930-cu illərdə Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə isə Tiflis şəhərindəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunun Aqrobitkilər şöbəsində oxuyaraq aqronomluq ixtisasına yiyələnmişdir.

1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə "Zaqyenlitrest"də əmək fəaliyyətinə başlayır və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur.

Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir. Bu vəzifədə o, 1950-ci ilin 15 iyuluna qədər işləyir. Eroziya sahəsində bacarıqlı mütəxəssis kimi tanınan 15 iyul 1950-ci ildə ET Eroziya stansiyasına direktor vəzifəsinə təyin edilir. Sonralar tam müstəqil olan və ET Eroziya bölməsi adlandırılan bu elmi təşkilata o, 18 mart 1970-ci il tarixə kimi rəhbərlik edir.

1945-1955-ci illər ərzində apardığı elmi-tədqiqat işlərinin yekunu kimi "Azərbaycan SSR-də torpaq eroziyası və onunla mübarizə" mövzusunda doktorluq işini (elmi məsləhətçi k.t.e.d., professor S.S. Sobolev) başa çatdıraraq 9 may 1958-ci ildə SSRİ EA-nın V.V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda uğurla müdafiə edir, ona kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi verilir. Azərbaycanlılar arasında torpaqşünaslıq ixtisası üzrə ilk elmlər doktoru olan 27 yanvar 1959-cu il tarixdə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kənd təsərrüfatı üzrə elmlər doktoru alimlik dərəcəsi və 19 yanvar 1960-cı ildə Torpaqşünaslıq ixtisası üzrə professor adı verilir. Azərbaycan torpaqşünaslıq elmi qarşısında xidmətlərini nəzərə alaraq o, 24 dekabr 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir.

Kazım Ələkbərov 1970-1974-cü illərdə KTN-nin ET Əkinçilik institutunun direktoru, 1974-cü ilin martından 1987-ci ilin sentyabrına kimi Azərbaycan SSR EA-nın Coğrafiya institutunun Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. K.Ə. Ələkbərov bir çağırış Bakı şəhəri Nərimanov rayonunun deputatı seçilmişdir.

Kazım Ələkbərov 12 sentyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

Onun elmi rəhbərliyi ilə torpaqşünaslıq və torpaq eroziyası üzrə 25 namizədlik, elmi məsləhətçiliyi ilə isə bir doktorluq dissertasiyası müdafiə edilmişdir. O, beş doktorluq işinin məsləhətçisi idi. 100-ə yaxın elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 8 kitabın, 2 kitabçanın, 10 xəritənin müəllifidir. 21 elmi əsəri xaricdə çap olunmuşdur.

Əsas elmi fəaliyyət sahəsi

Genetik torpaqşünaslıq, torpaq eroziyasının bütün sahələri, təbiəti mühafizə problemləri, eroziyaya qarşı mübarizə tədbirləri, torpaqların mühafizəsi, su çatışmazlığı və ətraf mühütin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasıyanın inkişafı problemləri, torpaqların eroziyadan və səhralaşmadan qorunması, torpaqların münbitliyinin qorunub saxlanılması, qlobal iqlim dəyişmələri şəraitində torpaq və su eytiyyatlarının qorunması və idarə olunması istiqamətində tədqiqatların aparılması və bu şəraitdə kənd təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

Elmi məqalələrin biblioqrafiyası

Elmi hesabatlar və dərc olunmamış əsərlər

Почвы Кубинского совхоза. № 2, Баку, с. 30, 1934. Характеристика естественно-исторических условий опытных участков Хачмазского района. Баку, с. 36, 1935. Почвы Акстафинской МТС Казахского района Азербайджанской ССР. Баку, с. 42, 1936. Почвы части Агдамской МТС (исследование 1937 года), Баку, с. 54, 1937. Почвы части Мехтиханлинской МТС Бардинского района Азерб. ССР. Баку, с. 54, 1940. Почвы Восточного Абшерона и условия их засоления. Баку, с. 8, 1945. Почвы Евлахского района. Баку, с. 160 // М.М. Салаев, А.К. Зейналов, Э.Ф. Шарифов, 1946. Рельеф и процессы эрозии почв в Азербайджане. Баку, с.18, 1946. Почвенно-эрозионные исследования в районе Трут-Сараджинской степи. Баку, с. 36, 1946. Почвенно-эрозионные исследования в районе бассейна реки Назарчай. Баку, с. 42, 1950. Региональное почвенно-эрозионное исследование в бассейне реки Дашагылчай. Баку, с. 18, 1951. Почвенно-эрозионные исследования в бассейне реки Кишчай. Баку, с. 73, 1952. Почвенно-эрозионные исследования в бассейне Шинчай. Баку, с. 36, 1953. Почвенно-эрозионные исследования в бассейне реки Курмухчай Кахского района. Баку, с. 36, 1954. Эрозия почв и меры борьбы с нею в Азербайджане. (Диссертационная работа на соискание ученой степени доктора с/х наук. Почвенный институт им. В. В. Докучаева АН СССР), Москва, с. 500, 1957. Обобщение материалов по эрозии почв на Большом Кавказе. Баку, с. 17, 1960.

Tərtib etdiyi xəritələr

Почвенная карта совхоза № 2 Кубинского района, 1934. Почвенная карта Халданской МТС Агдашского района, 1937 г. Карта уклонов поверхности Азербайджанской ССР, 1946. Карта глубин местных базисов эрозии в Азербайджанской ССР , 1946г. Карта густоты овражнобалочной и долинной сети Азербайджанской ССР, 1947 г. Почвенно-эрозионная карта бассейна реки Кишчай Шекинского района, 1950 г. Почвенно-эрозионная карта реки Кюнгютчай Шекинского района, 1951 г. Почвенно-эрозионная карта бассейна реки Дашагылчай Огузского района, 1951 г. Почвенно-эрозионная карта бассейна реки Назарчай Огузского района, 1952 г. Почвенно-эрозионная карта бассейна реки Шинчай Шекинского района, 1953 г. Почвенно-эрозионная карта бассейна реки Курмухчай Кахского района, 1953 г. Почвенно-эрозионная карта Азербайджанской ССР, 1955.

Onun iştirakı ilə tərtib edilmiş xəritələr

Почвенная карта Кубинского района, 1934. Почвенно-агрохимическая карта Агдашской МТС, 1935. Почвенно-агрохимическая карта Акстафинской МТС Казахского района, 1936. Почвенная карта Мехтиханлинской МТС Бардинского района, 1939. Почвенная карта вдоль трассы Самур-Дивичинского канала им. Сталина, 1940. Почвенная карта НКАО, 1943. Предварительная карта (почвенная) части Карабахской степи. Б., 1946, // М.М. Салаев, А.К. Зейналов, Э.Ф. Шарифов). Почвенная карта Евлахского района, 1946. Карта мощности мелкозернистого слоя почв Абшерона. Б., 1948, // М.М. Салаев, А.С. Преображенский. Почвенная карта зоны командования верхнего Карабахского канала Мингечаурской оросительной системы (предварительная). Б., 1948, // М.М. Салаев, Э.Ф. Шарифов, А.К. Зейналов. Почвенная карта части Карабахской степи (в пределах Евлахского района). Б., 1948, // М.М. Салаев, А.К. Зейналов, Э.Ф. Шарифов. Почвенная карта зерносовхоза им. Орджоникидзе Шекинского района, 1948. Государственная почвенная карта СССР (в соавторстве). Почвенная карта Азербайджанской ССР. Б., 1952, // М. М. Салаев. Почвенная карта Азербайджанской ССР. Б., 1954, // М.М. Салаев, Г.А. Алиев, В.Р. Волобуев. Почвенная карта Азербайджанской ССР. Б., 1955, // М.М. Салаев, Г.А. Алиев, В.Р. Волобуев. Почвенно-эрозионная карта СССР, 1956. Почвенная карта Азерб. ССР. 1957. Почвенная карта Азербайджанской ССР. Б., 1957, // М.М. Салаев, Г.А. Алиев, В.Р. Волобуев. Почвенно-эрозионная карта Джебраильского р., 1959. Почвенно-эрозионная карта Габалинского р., 1963. Azərbaycanda torpaqların mühafizəsi tədbirləri, 1980.

Monoqrafiya və kitabların siyahısı

Почвы части Агдашской МТС, Азернешр, 1938, с. 56 // А.Н. Изюмов, М.А. Шафиев. К выяснению вопроса о происхождении засоления Агдашских почв, Азернешр, 1939, с. 24. Ağdaş torpaqlarının nədən şorlaşması məsələsinə dair. Bakı, Azərnəşr, 1938, s. 25. Kolxoz sahələri torpaqlarının öyrənilməsi, Bakı, Azərbaycan E.A. nəşriyyatı, 1947, s. 60. Почвы Азербайджана. Изд. АН Азербайджанской ССР. 1953, с. 598 // Г.А. Алиев, В.Р. Волобуев, М.М. Салаев и др. Защита почв от эрозии. Азернешр, Баку, 1967, с. 60. Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti. Bakı, Azərbaycan EA nəşriyyatı 1962, // Ağayev B.M., Əliyev H.Ə., Zeynalov Ə.Q., Salayev M.M., Həsənov Ş.K. Azərbaycanda torpaq eroziyası və onunla mübarizə. Bakı, Azərbaycan EA nəşriyyatı, 1961, s. 220. Государственная почвенная карта СССР в масштабе 1:1000 000, Москва, 1953 г.

Redaktor fəaliyyəti

İzümov A.N. “Azərbaycanın dağlıq rayonlarında torpaqların eroziyası və onunla mübarizə”. Bakı, Azərb. SSR EA nəşriyyatı, 1954, s. 20. Mustafayev X.M. «Torpaq eroziyası və onunla mübarizə», Bakı, 1959, s. 35. Труды научно-исследовательского Сектора Эрозии т. I, Баку, Изд-во АН Азерб.ССР, 1961, с. 190. Сборник «Борьба с эрозией почв и селевыми потоками”. Баку, Объединенное издательство, 1961, с. 185. Труды научно-исследовательского Сектора Эрозии, т. II, Баку, Изд. АН Азерб. ССР, 1963, с. 105. Zeynalov G.Q. «Qobustan torpaqları», Bakı, Azərb. SSR EA nəşriyyatı, 1963, s. 140. Труды научно-исследовательского Сектора Эрозии, т. III, Баку, Изд. АН Азерб. ССР, 1965, с. 260. Система ведения сельского хозяйства Азербайджанской ССР. Мин-во Сел. Хоз. Азербайджанской ССР. Главное Управление Сельхознауки и пропаганды. Азербайджанское Государственное Издательство, Баку, 1975. Горно-лесные почвы и охрана леса. Труды Ин-та географии АН Аз. ССР. Баку, «Элм», 1979, т.19, с. 167. Совместно с Г.А. Алиевым, Б.Б. Будаговым, Х.Н. Гасановым. Материалы XIII научной конференции молодых ученых Института географии АН Азерб.ССР, посвященной 40-летию победы советского народа в Великой Отечественной войне. Баку, «Элм», 1985, с. 144 // Г.А. Алиев, С.А. Ахундов, Б.Б. Будагов, А.А. Микаилов, Б.Т. Назирова, С.Г. Рустамов, Г.Г. Саламов, Н.Ш. Ширинов, А.Д. Эйюбов.

Qəzetlərdə dərc edilmiş bəzi məqalələr

Eroziyaya qarşı ciddi mübarizə aparaq. «Kommunist» qəzeti 19/XP-1961, № 293 (11852). Эрозии – заслон. Газета «Бакинский рабочий», 13/Х, 1968 г. № 237 (13850). Дорожить земельным фондом. Газета «Советская Аджария», 25/V 1955 г. № 99 (10723). Батуми. İki rayonun ilk kartoqramması. “Kommunist” qəzeti 21/XP-1960, № 296 (11550). Məqalədə elmi tədqiqat işləri haqda professor K.Ə. Ələkbərov ilə müsahibə dərc olunmuşdur. Torpağı eroziyadan qorumalı . “Kommunist” qəzeti 14/VI-1959, № 138 (11085). Эрозия почв и борьба с нею. Газета «Бакинский рабочий», 6/VI 59 г., № 131 (11604).

Dissertasiyaların elmi rəhbəri və məsləhətçisi

Амирасланов К.З. Ветровая эрозия в восточной части Абшерона и меры борьбы с ней. Баку, 1967, с. 190. Байрамов Г.М. Эрозия почв и меры борьбы с нею в Исмаиллинском районе Азербайджанском ССР. Баку, 1964, с. 233. Гадяшев Ф.А. Эрозия почв в северо-западной горной части Азербайджана и основы борьбы с ними. Баку, 1962, с. 250. Джебраилов З.Т. Эрозия почв бассейна р. Кошкарчай и основы борьбы с ней. Баку, 1968, с. 183. Ибрагимов А.А. Эрозия почв и меры борьбы с нею в Джебраильском районе. Баку, 1964 г., с. 195. Коробов В.Л. Агротехнические мероприятия по борьбе с эрозией почв на северном склоне Малого Кавказа (в пределах Азерб. ССР). Баку, 1968, с. 185. Насибов И.М. Эрозия почв в Кусарском районе и основы борьбы с нею. Баку, с. 271. Халилов М.Ю. Эрозия почв в Габалинском районе Азербайджанской ССР и основы борьбы с нею. Баку, 1964, с. 285.