() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır.

Botaniki təsviri Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur. Aprel-may aylarında çiçəkləyir, meyvəsi isə iyun ayında yetişir.

Ekologiyası Çay və kanalların kənarında rast gəlinir. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması Azərbaycanın nadir bitkisidir. Azərbaycanda arealı geniş deyildir. Naxçıvan MR-da, Abşeronda və Kür-Araz ovalığında təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.

Becərilməsi Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax