Piter Daymond (; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Həyatı Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir.

1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.

1968-ci ildə Ekonometrika Cəmiyyətinin üzvlüyünə seçilmiş və daha sonra bu təşkilatın başçısı da olmuşdur. 2003-cü ildə Amerika İqtisadi Assosiasiyasının başçısı olaraq fəaliyyətə başlamışdır. 1978-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasında üzv, 1984-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü və 1988-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyasının qurucu üzvü olmuşdur. 2008-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyası tərəfindən verilən Robert Bol adına Sosial Təhlükəsizlikdə Seçkin Müvəffəqiyyət Mükafatına layiq görülmüşdür.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Xarici keçidlər Piter Daymond haqqında Nobel mükafatı e-muzeyində məlumat. Piter Daymond haqqında faktlar. Piter Daymondun şəkilləri. Piter Daymondun müsahibəsi. Piter Daymondun İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri