Mərdan Əhmədiyyə oğlu Feyzullayev () — Azərbaycan aktyoru, teatr rejissoru. "Tərəqqi" medalı laureatı.
Həyatı və fəaliyyəti Mərdan Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979–1983-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984–1989-cu illərdə B. Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.
1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M. Feyzullayev 1985–1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989–1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.
1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən "Dərviş" teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Elçinin "Şekspir" əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla nümayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
İstinadlar
Xarici keçdilər http://diaspora.gov.az/index.php?options=content&id=560
Mənbə Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu
Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər