() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır.

Azərbaycanda yayılması Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.), Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir.

Statusu Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yer Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsov neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5–2,5 sm, eni isə 0,4–0,7 sm arasında ola bilir. Yarpaqlarının üst hissəsi seyrək ipək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə olur. Bitkidə çiçəklərin sayı 3–5 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar tükcüklü olub, uzunsovdur çəhrayı və ya qırmızı rəngdə olur. Bitki may-iyun ayları arasında çiçək açır və avqust ayında isə meyvə verir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni şəraitdə nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax