Rüstəm Məhəmmədəli oglu Rüstəmov (d. 1950, Qəbələ, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti (21.07.2005), "Qızıl qələm" mükafatı laureatı.
Həyatı Rüstəm Rüstəmov 1950-ci ilin mart ayının 26-da Qəbələ şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
1990-cı ilin axırlarınadək "Sovet kəndi" qəzetinin əməkdaşı olmuşdur.
1991-ci ildən bu günə kimi "Azərbaycan" qəzetində işləyir. Uzun illər qəzetin məhsul katibi olub, hazırda baş redaktorun müavini vəzifəzində çalışır.
Mükafatları Azərbaycan Respublikasının Əməkdar jurnalisti — 21.07.2005 "Qızıl qələm" mükafatı laureatı
Kitabları "Tövbə", "Söz var gələr keçər, söz var dələr keçər", Bakı, "Ərgünəş", 2010.
İstinad
Ədəbiyyat Flora Xəlilzadə, "Düşündürücü gülüş", "Azərbaycan" qəzeti. - 2010. - 13 iyun - Səh.9.
Kateqoriya:Qəbələdə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları