Areta Luiza Franklin (; ) — R&B, soul və gospel stilində ifa edən amerikan müğənnisi. Uğurlarının zirvəsinə 60-cı illərin ikinci yarısında və 70-ci illərin əvvəllərində çatmışdır.Aretha Franklin, music’s ‘Queen of Soul,’ dies at 76 — Washington Post, 2018. İstifadə tarixi: 25 Aprel, 2019
Son dərəcə güclü vokal imkanlarına görə onu çox vaxt soul janrının kraliçası () və ya Ledi Soul () da adlandırırlar. 3 yanvar 1987-ci ildə o, adı "Rock and Roll Hall of Fame"- ə yazılan ilk qadın kimi tarixə düşmüşdür. 2008-ci ilin noyabrında isə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi elan etmişdir. NASA NEOVISE missiyasının aşkarladığı 249516 Areta asteroidinə müğəninin adını verib.
İlk illəri Areta Detroytda keşiş ailəsində anadan olmuşdur və bacıları ilə birgə kilsə xorunda oxumuşdur. Artıq 14 yaşında onun vokalının ilk səsyazmaları həyata keçirilmişdir. Detroytun "Motown Records" səsyazma şirkəti gənc istedadla maraqlanmış, lakin agenti Con Hemmondun səriştəsi sayəsində o, "Columbia Records" ilə müqavilə bağlamışdır.Greatest Singers of All Time | Rolling Stone Music | Lists . İstifadə tarixi: 25 Aprel, 2019
1966-cı ilə qədər bu səsyazma şirkəti ilə işləmişdir ki, bu da müğənninin karyerasında əldən qaçırılmış mümkün fürsətlər dönəmi kimi yadda qalmışdır. Bu dövrün kommersiya cəhətdən uyğunlaşdırılmış bayağı musiqilərinin arasında əsl soul janrının notları gözdən itirdi, amma ümumilikdə müğənninin ilk plastinkaları son dərəcə qeyri-sabit keyfiyyəti ilə seçilirdi. Müğənninin talantını müəyyən bir cığıra yönəldə biləcək bir şəxsin yeri açıq aydın görünürdü.
Qızıl illəri 1966-cı ilin sonunda belə bir insan peyda oldu — bu prodüser Cerri Ueksler idi. O, səmimi, ehtiraslı soulun ayrı-ayrı notlarını müğənninin ifaçılıq tərzinə uyğunlaşdırmağa müvəffəq oldu. Bundan sonra müğənni "Atlantic Records"-a keçərək şirkətin əsas ulduzuna çevrildi. 1967-ci ilin başlanğıcından, 1968-ci ilin sonunadək, 18 həftə ərzində Aretanın musiqiləri pop-çartlarda böyük irəliləyiş əldə etdi: bu müddət ərzində onun 10 musiqisi, o cümlədən klassik soul janrının incilərindən olan "Chain of Fools" və "(You Make Me Feel Like) A Natural Woman" "Billboard Hot 100" hit-paradının ən yaxşı onluğuna daxil olur və böyük ehtirasla təkrarən ifa etdiyi Otis Reddinqin "Respect" mahnısı "Feminizm" hərəkatının himninə çevrilərək milli satış hit-paradlarına başçılıq edir. Elə həmin ildə Areta Franklin karyerasında ilk mükafatı olan "Qremmi mükafatı"na layiq görülür. Öz musiqilərində soul ilə gospel janrını birləşdirən müğənni, vətəndaşlıq hüquqları uğrunda mübarizələrdə öz gücünü dərk edərək "qaralar" Amerikasının simasına çevrilir. Onun yeni aranjirovka ilə müşayiət olunmuş kəskin və inamlı vokal imkanları klassik soulun etalonu kimi qəbul olunur. 1972-ci ildə müğənni sırf gospel janrından ibarət olan "Amazing Grace" albomunu yazır ki, bu da onun R&B janrındakı plastinkalarından heç də az satılmır. Və baxmayaraq ki, Areta ilk növbədə məşhur vokalist kimi şöhrət qazanmışdır, çox az adama məlumdur ki, əksər səsyazmalarında klavişlərdə o özü ifa etmişdir. "Soul Kraliçası"-nın ən başlıca çətinliyi isə onun repertuarı ilə bağlı idi. Daimi müəlliflərin çatışmazlığı ucabtından, müğənni digər ifaçıların artıq məşhurlaşmış şlyaqerlərini yenidən işləyərək ifa etməyə məcbur olurdu. Belə ifaçılara misal olaraq, "The Drifters" ("Spanish Harlem"), "Dayon Uorik" ("I Say a Little Prayer"), "Rolling Stones", "The Beatles", "Simon and Garfunkel", "Sem Kuk" kimi məşhurları göstərmək olar.
Sonrakı illəri Areta Franklinin çartlardakı son böyük uğur qazanan musiqisi Stivi Uanderin "Until You Come Back to Me" (1974) musiqisinə etdiyi cover olmuşdur. Bu səsyazma Franklinin həyatının superulduz çağlarını rəsmi olaraq bağlanmasıdır. Soul musiqisinin "Qızıl əsri" artıq keçmişdə qalmışdı və onun "kraliçası" bunu dərk etməyə bilməzdi. Müğənniyə daha bir zərbə isə atasına malikanəsində soyğunçular tərəfindən edilən hücum və bunun nəticəsində, yaralanaraq iflic olması oldu. Areta 1978-ci ildən 1984-cü ilə qədər məşhur aktyor Qlin Turman ilə evli olmuşdur. Ancaq, evliliyi boşanma ilə yekunlaşmışdır. Yaşı artdıqca müğənninin ifasındakı emosional coşğunluq azalmağa başlayır və ehtiraslı soul əvəzinə, o ənənəvi pop-şlyaqerlərin ifasına doğru istiqamətlənir. Əsasən isə Lüter Vandross kimi gənc ifaçılarla duetlər oxumağa başlayır. 1986-cı ildə "Corc Maykl" ilə oxuduğu duet UK Singles Charta başçılıq edir. Müğənninin 90-cı illərdə oxuduğu daha da uğurlu sinql olan "A Rose Is Still a Rose" (1998) isə The Fugees qrupunun solisti olan Lorin Hill ilə birgə yazılmışdır. "Kraliçanın" müxtəlif illərdə xaç qızlığı olan Vitni Hyuston, Meray Kerri, Enni Lennoks, Meri Blayc, Frenk Sinatra, Qloriya Estefan, Kristina Agilera və digər ifaçılarla oxuduğu duetlər 2007-ci ildə xüsusi disk şəklində ("Jewels in the Crown: All-Star Duets with the Queen") buraxılmışdır. Bundan 2 il əvvəl isə Areta Franklin "Prezident Azadlıq Medalı" ilə təltif olunmuşdur.
Areta Franklin 16 avqust 2018-ci ildə 76 yaşında Detroyt şəhərində mədəaltı vəzi xərçəngindən vəfat edib.
Diskoqrafiya
Studiya albomları
Konsert albomları
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:2018-ci ildə vəfat edənlər Kateqoriya:Vudloun qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:ABŞ ritm-end-blyuz musiqiçiləri Kateqoriya:Detroyt mədəniyyəti Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ qadınları Kateqoriya:XXI əsr ABŞ bəstəkarları