Efes odeonu|thumb Odeon — antik memarlıqda musiqi tədbirləri üçün tikilmiş tikililər. Üstləri əsasən amfiteatr şəklində qapalı tikilirdi.
Haqqında Odeonlar musiqi tədbirləri, musiqi məşğələləri, şeir müsabiqələri üçün istifadə olunurdu. Əsasən Roma və Yunan mədəniyətlərində istifadə olunub. Qədim Yunanca Ōideion (ᾨδεῖον) "oxuma yeri, məkanı" deməkdir. Bu sözün özü də Aeidō (ἀείδω) — "mahni oxuyan" sözündən əmələ gəlib.
Dünyada bilinən ən qədim odeon E.ə 600-cü ildə Spartada tikilmiş Skias odeonudur. Ən məşhur odeon isə 160-cı ildə Herodes Attikus tərəfindən arvadının xatirəsinə tikdirdiyi Herodes Attikus odeonudur.
Qalereya
Kateqoriya:Memarlıq elementləri Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Roma Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Qədim Yunanıstan teatrı