Berlin zooparkı — Almaniyanın paytaxtı Berlində yerləşən zoopark.
Haqqında Berlin zooparkı Almaniyanın ən qədim heyvanat parkıdır. 35 hektar ərazini əhatə edən park 1844-cü ildə açılmışdır. 1.500-dən çox növü, 20.000-dən çox heyvanı özündə saxlayır. Berlin zooparkı dünyanın ən çox növə sahib parklarından biridir.
2013-cü ildə heyvanat parkını 3 milyon nəfər ziyarət etmişdir və həmin il Avropada ən çox ziyarət edilən zoopark olmuşdur. Məşhur qütb ayısı Knut da burada anadan olmuşdur.
Növlər Sinif Növlərin sayı Heyvanların sayı Məməlilər 169 1.044 Quşlar 319 2.092 Sürünənlər 69 357 Suda-quruda yaşayanlar 54 639 Balıqlar 562 7.629 Onurğasızlar 331 8.604 Cəmi (2013) 1.504 20.365
Saxlanılan bəzi növlər
Kateqoriya:Almaniya zooparkları Kateqoriya:Berlin Kateqoriya:1844-cü ildə yarananlar Kateqoriya:Berlinin görməli yerləri