Qureyş () — Məhəmmədin mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Məhəmmədin ulu babalarından biri Qusay ibn Kilabdır.

Qureyşin əcdadları Qureyş qəbiləsi Məhəmməd peyğəmbərin on bir qarından babası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir.Michael Cook, Muhammad, s.12 Oxford University Press, 26 Ocak, 1983, ISBN 0-19-287605-8 Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Nuh peyğəmbərin nəvəsi İbrahim peyğəmbərin oğlu İsmayılın oğlu Ədnanın soyundan gəlir.

Qusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu babası və Məhəmmədin beşinci qarından əcdadıdır. Qusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Xuzaa qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır. Xaraba vəziyyətindəki Kəbəni bərpa etdirdi. Ərəblərin Kəbə ətrafında ev inşa etmələrinə icazə verdi. Ərəb Yarımadasındakı ilk bələdiyyə binasını tikdirdi. Burada digər qəbilə liderləriylə siyasi, iqtisadi və mədəni problemlərin, mübahisələrin həllini tapmağa çalışdı. Yığdığı vergilərlə İslamdan çox əvvəl Kəbəyə gəlməkdə olan hacıları yemək və su təmin etdi.

İstinadlar

Kateqoriya:Məhəmmədin həyatı Kateqoriya:Qureyş Kateqoriya:Müsəlman sülalələr