Santyaqo Kalatrava — ispan neo futurizm memarı, layihə mühəndisi, heykəltaraş və rəssam. Onun Nyu Yorkda, Dohada və Sürixdə emalatxanaları var.

Həyatı Santyaqo Kalatrava İspaniyada, Valensiyada Benimamet bölgəsində anadan olub. Valensiya İncəsənət Məktəbi və Valensiya Memarlıq Məktəbində təhsil alıb. 1975-ci ildə məzun olduqdan sonra İsveçrənin Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutuna inşaat mühəndisliyi üzrə doktorantlıq müdafiəsi üçün qəbul oldu. 1981-ci ildə "On the Foldability of Space Frames" doktorantlıq işini verdikdən sonra memarlıq və mühəndislik sahəsində fəaliyyətə başladı.

Karyerası Kalatravanın ilk işləri daha çox körpü və dəmiryolu stansiyaları dizaynını özündə əks etdirir. Bu layihələri ilə inşaat mühəndisliyi layihələrinə dünya miqyasında nüfuzu qazandırmışdır. 1992 Yay Olimpiya Oyunlarının keçirildiyi Barselonada yerləşən Montjuiç Radio Qülləsi karyerasında dönüş nöqtəsi olmuşdur. Bu əsərin ona qazandırdığı şöhrət ona bir çox ölkədə və müxtəlif layihələrdə fəaliyyət göstərmək şansını əldə etmişdir.

Kalatravanın ABŞ-dakı ilk əsəri Milvauke İncəsənət Muzeyində nümayiş etdirilən 2001-ci ildə hazırladığı Quadracci Pavilyonudur. İsveçin Malmö şəhərində yerləşən 2005-ci ildə tamamlanan Turning Torso adlanan 54 mərtəbəli göydələn Kalatravanın yaradıcılığındakı ilk yüksək mərtəbəli qüllədir.

Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzi binasının yanında yerləşən Dünya Ticarət Mərkəzi Çatdırılma Mərkəzi Kalatravanın inşasına davam etdiyi işlərindən biridir.

Kalatravanın tərzi inşaat mühəndisliyi ilə memarlıq arasında körpü olaraq qeyd edilir. Bu baxımdan o, modern ispan memarlar Feliks Kandela və Antoni Qaudinin yolunu davam etdirir.

Yeni işləri thumb|200px|right|Puente del Alamillo, Sevilya, (1992) thumb|200px|Tenerife Opera Salonu, Kanar adaları Son dövrlərdə layihələndirdiyi göydələnlərdən digəri Nyu York şəhərində yerləşən 80 South Streetdir. Bu göydələn hər biri ayrı bina olan 10 kubun üst-üstə yerləşdirilməsi ilə layihələndirilmişdir. Bu kubların hər biri tikilinin ortasında yerləşən ana sütuna bağlıdır və nərdivan kimi bir-birinin üstündə yerləşməsi nəzərdə tutulmuşdur. Hər kubun öz damı olacaq. Bu səs-küylü layihədə planlaşdırılan hər kubun 30 milyon dollara satılması nəzərdə tutulub. Amma 2008-ci ildən etibarən iqtisadi böhran səbəbindən heç bir təklifin gəlməməsinə görə bu layihə ləğv olundu.

ABŞ-da layihələndirdiyi tikililərdən digəri Çikaqoda yerləşən Çikaqo Spire göydələnidir. İrlandiyalı investor Qarret Kelleherin 2006-cı ilin iyul ayında ərazini alması və Çikaqolu investor Xristofer Karleyin maliyyələşdirməsiylə layihənin inşaatına 2007-ci ilin avqust ayında başlanıldı. 2011-ci ildə təhvil verilməsi gözlənilən göydələn 2000 feet hündürlüyü ilə Şimali Amerikanın ən hündür göydələni olacaq.

Texasın Dallas şəhərində yerləşəndən Tritini çayı üzərində inşa edilməsi planlaşdırılan körpünün də layihəsini Kalatrava hazırlamışdır. Layihə üçün maddi yardım edən Marqaret Hunt Hillin şərəfinə adlandırılan körpünün inşaatı layihənin xərcinin çox olması və kifayət qədər tənqidlərə məruz qalması səbəbi ilə gecikmişdir. Bu layihə tamamlanacağı halda Dallas şəhərində də Niderlandın Haarlemmermeer şəhərində olduğu kimi Kalatravanın layihələndirdiyi üç körpü olacaq.

Kalatravanın son dövrdəki layihələrindən biri də Kanadanın Alberta bölgəsində yerləşən Kalqari şəhərindədir. O, buradakı 130 metr uzunluğunda Sülh körpüsünü layihələndirib. 2009-cu ilin yanvar ayında Şəhər Şurası körpünün tikintisinə icazə verdi. Körpünün 24.5 milyon dollara başa gəlməsi gözlənilirdi. Layihənin 2010-cu ilin payızında tamamlanması gözlənilirdi. 28 iyul 2009-cu il tarixində körpünün son layihəsi hazırlandı və ictimaiyyətə təqdim edildi. Velosiped və piyadalar üçün ayrı yolların olacağı körpüdən gün ərzində 5000 nəfərin istifadə etməsi gözlənilirdi. Körpü 2012-ci ilin mart ayında istifadəyə verildi.

16 iyun 2009-cu ildə Kalatravanın Florida ştatının Lakeland Florida bölgəsində yerləşən Cənubi Florida Universiteti Politexnik Kampusunda növbəti layihəsini həyata keçirəcəyi açıqlandır. İnşa ediləcəyi təqdirdə bu, Kalatravanın ABŞ-nin cənub-qərb bölgəsində hazırlayacağı ilk layihəsi olacaq.

Rəssam və heykəltaraş kimi Memarlıq və inşaat mühəndisliyindən əlavə Kalatrava həmçinin rəsmlər çəkir və heykəllər də hazırlayır. 2003-cü ildə Nyu Yorkda yerləşən Metropolitan İncəsənət Muzeyi "Santyaqo Kalatrava: Heykəltəraşlıqdan Memarlığa" adı altında sərgi təşkil etdi.Yaşayan Belki de En Parlak Mimar: Santiago Calatrava, Dexigner.com Kalatravanın əsərləri Almaniya, İngiltərə, İspaniya, İtaliya və başqa ölkələrdə də sərgilənir.

Tamamladığı layihələr 175px|thumb|Stadelhofen Dəmiryolu Stansiyası, Sürix, İsveçrə thumb|175px|right|Sundial Köprüsü, Redinq, Kaliforniya 1983–1984, Jakem Steel Anbarı, Münhvilen, İsveçrə 1983–1985, Ernsting Anbarı, Coesfeld, Almaniya 1983–1988, Volen Ali Məktəbi, Volen, İsveçrə 1983–1990, Sürix Stadelhofen Dəmiryolu Stansiyası, Sürix, İsveçrə 1983–1989, Lükern dəmiryolu stansiyasının vestibülü, Lucerne, İsveçrə 1984–1987, Bac de Roda Körpüsü, Barselona, İspaniya 1984–1988, Barenmatte İctimai Mərkəzi, Suhr, İsveçrə, 1986–1987, Tabourettli Teatrı, Bazel, İsveçrə, 1987–1992, Allen Lambert Qalereyası (Brukfild Sarayında), Toronto, Kanada, 1989–1994, TGV Stansiyası, Lion, Fransa 1991–1995, Alameda Körpüsü və Metro Stansiyası, Valensiya, İspaniya 1992, Puente del Alamillo], Sevilya, İspaniya 1992, Puente de Lusitania, Merida, İspaniya 1992, Olimpiya Üzüyündə Montyuiç Rabitə Qülləsi, Barselona, İspaniya 1992, Sevilya Ekspo Dünya Yarmarkası, Küveyt Pavilyonu, Sevilya, İspaniya 1994, Mimiko Körfəzi Körpüsü, Humber Bay Parks, Toronto, Ontario 1994, Kronprinzenbrüke, Berlin, Almaniya 1994–1997, Kampo Volantin Piyada Körpüsü, Bilbao, İspaniya 1995, Trinity Körpüsü, Mançesterdə İrverl çayı üzərindən piyada keçidi, İngiltərə 1996–2009, İncəsənət və elm şəhəri, Valensiya, İspaniya 1996, Tenerife sərgi sahəsi, Santa Kruz de Tenerife, Tenerife, Kanar adaları, İspaniya 1998, Gari du Oriyent, Lissabon, Portuqaliya 2000, Bilbao Aeroportunda yeni terminal, Bilbao, İspaniya 2001, Miluoki İncəsənət Muzeyi, Miluoki, Visconsin, Birləşmiş Ştatlar 2001, Puente de la Mujer, Buenos Ayres, Argentina 2001, Bodegas Ysios, Laquardiya, İspaniya 2002, Dalğa, Cənubi Metodistlər Universitetində Çəmən Muzeyində, Dallas 2003, Ceym Cons Körpüsü, Lifi çayı üzərindən, Dublin, İrlandiya 2003, Auditorio de Tenerife, memarın ilk salon nümunəsi, Santa Kruz de Tenerife, İspaniya 2004, Afina Olimpiya İdman Kompleksinin yenidənqurulma layihəsi, Afina, Yunanıstan 2004, Sundial Körpüsü, Redinq, Kaliforniya, Birləşmiş Ştatlar 2004, Harp, Sitörn və Lut körpüləri, Harlemmermer, Niderland 2004, Sürix Universiteti, "Bibliothekseinbau" kitabxanasının yenidənqurulması, Sürix, İsveçrə 2005, Avnat alış veriş mərkəzi və Rabin Tibb Mərkəzini birləşdirən körpü, Petah Tikva, İsrail 2005, Turning Torso, Malmö, İsveç 2007, A1 şosesində və TAV dəmiryolunda 3 körpü, Recco nel Emiliya, İtaliya 2007–2012 Marqaret Ov Təpə Körpüsü, Dallas, Birləşmiş Ştatlar 2008, Zəncir Körpüsü, Yerusəlimin girişində körpü, İsrail 2008, Konstitusiya Körpüsü piyada keçidi, Qrand Kanal üzərindən, Venesiya, İtaliya 2008–2009, Texnion Obelisk, Texnion - İsrail Texnoloji İnstitutunun kampusunda abidə, Hayfa, İsrail 2009, Lej-Quilemins TGV Dəmiryolu Stansiyası, Lej, Belçika 2009, Lifi çayı üzərindən Samuel Beketta Körpüsü, Dublin, İrlandiya 2009, Caja Madrid Obeliski, Madrid, İspaniya 2011, Palasio de Kongresos de Ovedo, Ovedo, İspaniya 2011, Palasio de Eksposikiones y Konqresos, Ovedo, İspaniya 2012, Sülh körpüsü, Kalqari, Kanada 2013, Medio Padana TAV Stansiyası, Recco nel Emiliya, İtaliya

İstinadlar

Kateqoriya:İspaniya memarları Kateqoriya:İsveçrə Federal Texnologiya İnstitutunun məzunları Kateqoriya:Valensiya Politexnik Universitetinin məzunları Kateqoriya:Orqanik memarlıq Kateqoriya:XXI əsr memarları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:XX əsr memarları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri