İlqar Mikayıl oğlu Əliyev () — televiziya aparıcısı.

Həyatı İlqar Mikayıloğlu 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 13 saylı orta məktəbi bitirib. Sovet ordusu sıralarında xüsusi təyinatlı briqadada xidmət edib. İxtisasca inşaat mühəndisidir. Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edib, yaralanıb, kontuziya alıb. Hazırda Azad Azərbaycan tele kompaniyasında işləyir. Qarabağda, Çeçenistanda, Əfqanıstanda və Gürcüstanda hərbi əməliyyatları lentə alıb. ANS telekompaniyasında adi əməkdaşdan şef redaktor vəzifəsinə qədər yüksəlib. Televiziya sahəsində bir çox diplom və prizlərlə mükafatlandırılıb.

Odlu silahın bütün növləri ilə davranmağı bacarır. İdmanın boks və kikboks növləri ilə məşğul olub.

Eyni zamanda futbol həvəskarıdır. ANS TV-də yayımlanan Çempionlar Liqasının bir çox oyunlarını şərh etmişdir.

Ailəsi Gülər Əhmədovanın qardaşıdır.

Evlidir. 2 övladı var. Həyat yoldaşı hüquqşünas Zülfiyə Bayramovadır. Ailənin həmçinin övladlığa götürdüyü Əmrah adında oğlu da var. Əmrah 44 günlük müharibədə şəhid olub.

Filmoqrafiya Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005) İç Xəbər Zirvə — 2001

İstinadlar

Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Azad Azərbaycan TV-nin jurnalistləri Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:İdman şərhçiləri Kateqoriya:Futbol şərhçiləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri Kateqoriya:Hərbi reportyorlar