Trayan sütunu () — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodordur. Sütun Ulpiya bazilikasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həm də iki böyük kitabxana arasında yerləşir: yunan və latın kitabxanası

Tarixi thumbnail|left|114-cü ilin pulunda Trayan və sütunun təsviri. Mark Ulpi Trayan ispan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada (Müasir Rumıniya ərazisi), Şimali Ərəbistanda və Parfiyada Romaya əvəzolunmaz töhfələr vermişdir. Onun hakimiyyət dövründə Roma imperiyasının sərhədlərinin ən geniş olduğu dövrdür. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu. 1588-ci ildə isə V Sikst sütunda Müqəddəs Pyotrun heykəlini ucaltdıPaoletti, John T.; Radke, Gary M. (2005), Art in Renaissance Italy (3rd ed.), Laurence King Publishing, ISBN 978-1-85669-439-1. Sütun 113-cü ildə inşa olunub Epigraphik-Datenbank Clauss / Slaby EDCS.

Trayan öldükdən sonra onun və yoldaşının kül urnada sütunun içərisində yerləşdirildi. 1900 il orijinallığını qorumuş və heç bir rekanustruksiyaya məruz qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur.

Xarakteriskası

Postament Postamentin hündürlüyü 5,27 metr, eni 5,5 metrdir. Postamentin fundamentini travertin təşkil edirSamuel Ball Platner et Thomas Ashby, A topographical dictionary of Ancient Rome, Oxford University Press, 1929, p. 240–244. Postament üç tərəfədən trofey barelyefi ilə bəzədilib. Dört küncdə duran qartallar dəfinə əkilini saxlayır. Postament daxilinə iki bölmə var; pilləkənlərə gedən bölmə və Trayanın urnasının yerləşdiyi otaqMartin Galinier, La colonne Trajane et les forums impériaux, Rome, Publications de l'École française de Rome, 2007.

Yazı Maraqlıdır ki, Trayan sütununun özündə heç bir yazı yoxdur. Ancaq postamentdə, girişin üstündə yeganə yazı nümunəsi varSettis, " La colonne Trajane : L'empereur et son public ", Revue Archéologique Nouvelle Série, Presses Universitaires de France, vol. 1, 1991, p. 186–198. Şəkildəndə aydın görsənir ki, yazının sonuncu sətri zədələnib, ancaq bu mətnin bərpasında elə bir çətinlik yaratmayıb. thumbnail|left|Girişdə roma kapital şirifti ilə yazılmış yazı.

Sütun Hündürlüyü 39,86 metr olan bu sütun əslində 100 — lük simvol hesab olunur. Romada 100 fut 29,78 metrdir (sütun üzərinə qoyulmuş postamenti nəzərə almasaq)Ranuccio Bianchi Bandinelli, Roma: l'arte al centro del potere (dalle origini al II secolo d. C.), vol. 1, RCS Corriere della Sera, Milano, RCS, 2005, ISSN 112908500.. Sütunun diametri 3,69 metrdir. O 18 blokdan ibarətdir. Blokların hər birinin çəkisi 29–33 tondurMark Wilson Jones, " One Hundred Feet and a Spiral Stair : The Problem of Designing Trajan's Column ", Journal of Roman Archaeology, vol. 6, no 23–28, 1993. Daxilində olan 185 pilləkən sonda sütunun kapitelisi ilə yekunlaşır. Sütuna 28 dəfə papirus örtüyü spiral formasında dolandırılıb. Ümumi uzunluğu 190 m, hündürlüyü 1 metrdir.

Sütunun görünüşü

Təsvirlər

Sütun frizində 155 səhnə, 2570 personaj göstərilib(634-dü dakiyalılar)Cinzia Conti, " Les sculpteurs de la frise historiée ", Dossiers d'archéologie, Éditions Faton, no 359, septembre/octobre 2013. Hər səhnə konkret bir hadisəni ifadə edir. Təsvirlərdə təkcə döyüş səhnələri deyil, həm də yerdəyişmə, tikinti, söhbət və s tipli səhnələrdə varSecondo Reinach, da fonte: Coarelli 1984.. Təsvirlərdə arxa fonda qala, kənd, körpü, qayalıq, meşə və s.tipli rəsimlərdən istifadə olunub. Təsvirlərdə həm də zaman və məkan anlayışıda düzgün şeçilib. Aşağıdan yuxarıya doğru təsvirlər xronoloji ardıcillıqla düzüllüb. Gecə, hava şəraiti və illərdə təsvirlərdə diqqəti cəl edir. Təsvirlərdə həm də simvol və şərtilik gözə çarpır. Hər hansı əsgər fiquru bütün bir bölüyü və ya bir ağac bütöv bir meşəni simvolizə edir. Ehtimal olunur ki, təsvirləri heç də tək bir sənətkar işləməyib.

Daxili və spiral pilləkənlər thumbnail|right|Trayan ordu generalı ilə birgə əsgərlər qarşısında. Daxili boş olan sütunun içində spiral şəkilli pilləkənlər var. Tam dövrə vurmaq üçün 14 pilləkəndən istifadə olunur. 43 düzbucaqlı pəncərələr içərini işıqlandırırGiangiacomo Martines, " Columna cochlis : la structure ", Dossiers d'archéologie, Éditions Faton, no 359, septembre/octobre 2013.

Trayanın təsviri Trayan sütün frizində 59 dəfə təsvir olunub. Hər səhnədə o tək yox, insanların əhatəsində görünür. Təsvirlərdə bir liderə məxsus bütün cəhətlərin Trayanın simasında müdriklik, hərbi bacarıq, natiqlik qabiliyyəti, yüksək insanı hislər və s. əks olunmağa çalışılıb. Tütün təsvirlərdə Trayan ətrafakılarla ünsüyyətdə və daha çox qolunun bükülmüş pozası diqqəti cəl edir.

Şəkillər

İstinadlar

Həmçinin bax Trayan Qədim Roma memarlığı

Xarici keçidlər Колонна Траяна в Риме: история и описание Column of Trajan

Kateqoriya:113-cü ildə yarananlar Kateqoriya:Roma sütunları Kateqoriya:Qədim Roma Kateqoriya:Mərmər heykəllər Kateqoriya:İtaliyadakı mərmər heykəllər Kateqoriya:Romanın görməli yerləri Kateqoriya:II əsrdə tamamlanmış tikililər Kateqoriya:İncəsənətdə ölüm Kateqoriya:Qədim Roma heykəlləri Kateqoriya:Latın epiqrafiyası Kateqoriya:Roma abidələri Kateqoriya:Romadakı Qədim Roma tikililəri Kateqoriya:Trayan