Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir. Ölkənin əsas kənd təsərrüfatı rayonlarından biridir. Zeytun və üzümçülük sahələri daha çox inkişaf etmişdir. Pambıq və şəkər çuğunduru, tütün, paxlalı bitkilər, heyva, əncir, badam becərilir. Margerita-di-Savoyyada dəniz duz mədənləri var. Qarqano yarımadasında boksit, Foca rayonunda təbii qaz çıxarılır. Neft emalı, neft-kimya, kənd təsərrüfatı maşınqayırması, toxuculuq, tikiş, rezin, metallurgiya sənayesi müəssisələri var. Mühüm şəhərləri və portları: Bari, Taranto, Brindizi.

Həmçinin bax

Apuliya qraflığı

Apuliya hersoqluğu

İstinad

Kateqoriya:İtaliya regionları Kateqoriya:Apuliya Kateqoriya:İtaliyanın tarixi vilayətləri

Kateqoriya:Avropa Birliyində NUTS 2 statistika regionları Kateqoriya:1948-ci ildə yaranmış dövlətlər və ərazilər