Qala — Rejissor Şamil Nəcəfzadənin filmi.Milli kinomuzun 110 yaşı: Bu münasibətlə “Qala” filmi nümayiş olunacaq: [Rejissor Şamil Nəcəfzadənin eyni adlı filmi] //Bizim yol.- 2008.- 2 avqust.- S. 15.
Məzmun Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.
Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.
Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovalayacaqlar.Azər N. Şamil Nəcəfzadənin “Qala”sı: [Rejissorun eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2008.- 21 avqust.- S. 13.
Film haqqında Filmin nüsxəsi İranda çıxarılmış, səs yazılma prosesi isə Moskvada həyata keçrilmişdir. "Dolbi stereo" səs sistemi ilə yazılmışdır.
Kütləvi səhnələrdə kənd camaatından istifadə olunub.
Şamil Nəcəfzadə filmin süjetini hələ 1991-ci ildə yazmışdı.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Şamil Nəcəfzadə Ssenari müəllifi: Şamil Nəcəfzadə, Ramiz RövşənMükərrəmoğlu, M. Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik: [Kinorejissor Şamil Nəcəfzadənin Ramiz Rövşənlə birgə yazdığı ssenari əsasında çəkdiyi “Qala” filmi haqqında] //Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 8. Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Arif Məhərrəmov, Əziz Məmmədov Bəstəkar: Cahangir Zülfüqarov Rejissor: Akif Rüstəmov Rejissor assistenti: Murad Muradov, Günel Nəcəfzadə, Natiq Əliyev Geyim rəssamı: Şahin Həsənli (rəssam) Qrim rəssamı: Elbrus Vahidov Prodüser: Xamiz Muradov, Rauf Atamalıbəyov, Timur Vaynşteyn İcraçı prodüser: Arif Səfərov Musiqiçilər : Tar — Sahib Paşazadə, Kamança — Toğrul Əsədullayev
Rollarda Rasim Balayev — Soltan kişi Vidadi Həsənov — Əbil müəllim Yuliya Peresild — Qalina Məmmədağa Əlilicanzadə — Xanbala Məbud Məhərrəmov — Rafiq müəllim Elman Rəfiyev — Seyid Sona Mikayılova — Əsli Yuri Baliyev — Nikolay Firəngiz Mütəllimova — Nazpəri Qorxmaz Əlilicanzadə — film direktoru Alyona Zinovyeva — Marina Pərviz Məmmədrzayev — Osman Zümrüd Qasımova — aktrisa Əsgər Rəhimov — aktyor Qurban İsmayılov — zabit Rasim Cəfərov — kepkalı oğlan Ədalət Ziyadxanlı — rəhbər işçi
İstinadlar
Mənbə "Qala" //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 8. Mükərrəmoğlu, M. “Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik: "Qala" filmi haqqında bəzi ştrixlər” //Xalq qəzeti.-2010.- 24 yanvar.- səh. 8.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Gədəbəydə çəkilən filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycanın dram filmləri