Durmitor Milli Parkı — Monteneqronun şimal-qərbində yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş təbii bir parkdır. Bu ərazi, heyrətamiz dağ mənzərələri, dərin dərələr, saf göllər və zəngin biomüxtəlifliyi ilə tanınır. Durmitor Milli Parkı, təbiət sevərləri, yürüyüşçüləri və ekstremal idman həvəskarlarını cəlb edən bir cazibə mərkəzidir.

Durmitor adı köhnə İllir dilindən götürülmüşdür və "yataq" mənasını verir. Əfsanəyə görə, qədim dövrlərdə burada tanrılar istirahət edirdi. Ərazidə qədim daş yazıları və monastırlar da mövcuddur, bu da onun tarixi əhəmiyyətini artırır. Room Adrian (2004) "Placenames of the World: Origins and Meanings of the Names for Over 5000 Natural Features" p. 112.

Haqqında Möhtəşəm mənzərəyə sahib olan milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çaylar və yeraltı çayları ilə meydana gəlmişdir. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Sıx şam meşələri və saf gölləri ilə çox zəngin endemik bitki örtüyünə malikdir.

Milli park 3 hissədən ibarətdir: Mlinski çayı və Qaragöl bölgəsi Tara Keçidi Biosfer bölgəsi Skriçka gölləri və Susika Vadisi

Milli parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Bu mağaradakı donmuş sırsıraların uzunluğu 3 metrə çatır. Parkda yaşayan heyvanlar arasında qonur ayılar, canavarlar və qartallar sayıla bilər. Avropanın ən yaşlı qara şamı da buradadır.

Coğrafiya və landşaft

Dağlar Parkın ərazisi 48 zirvəni əhatə edir, bunlardan ən yüksək olanı Bobotov Kuk (2,523 metr) Monteneqronun ən yüksək zirvəsidir. Dağlıq landşaft ərazisi qaya uçurumları və qarla örtülü zirvələrlə zəngindir.

Təbiət və göllər Parkın ərazisində 18 buzul gölü mövcuddur. Ən məşhuru Qara Göl (Crno Jezero) adlanır. Bu göl həm təmizliyi, həm də ətrafındakı mənzərə ilə tanınır. Dərin dərələr və uçurumlar, o cümlədən məşhur Tara dərəsi, parkın əsas landşaft xüsusiyyətlərindəndir.

Tara çayı parkın ərazisindən axır və 1,300 metr dərinliyində olan Tara dərəsini əmələ gətirir. Bu dərə Avropanın ən dərin, dünyanın isə ikinci ən dərin dərəsi hesab olunur. Çay raftinq üçün məşhur bir yerdir.

Fauna və flora Fauna Flora Milli parkda ayılar, qurdlar, marallar, çöl pişikləri, qartallar və digər çoxsaylı vəhşi heyvan növləri yaşayır Park, alp çəmənlikləri, iynəyarpaqlı və qarışıq meşələrlə zəngindir Tara çayında və göllərdə müxtəlif balıq növlərinə rast gəlinir 1,500-dən çox bitki növü qeydə alınmışdır, bunların bir çoxu nadir və endemikdir.

Maraqlı faktlar Tara dərəsi UNESCO tərəfindən Biosfer Qoruğu elan edilmişdir. Parkda müxtəlif növ buzlaq formasiyaları (buzlaq vadiləri, buzul gölləri) qorunub saxlanılmışdır. Durmitor, Monteneqronun ən çox ziyarət edilən turistik yerlərindən biridir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Official National Park Site UNESCO World Heritage Site profile UNEP-WCMC World Heritage Site datasheet SummitPost: Useful information (Camping, routes, weather etc.) Photogallery Durmitor and Bjelasica

Kateqoriya:Monteneqro milli parkları Kateqoriya:1952-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Dağ zirvəsi – ikiminliklər Kateqoriya:Monteneqrodakı ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II