thumbnail

KLM və ya Hollandiya Kral Hava Yolları () — Hollandiyada hava yolu şirkəti.

Air France ilə xidmət verməkdədir. KLM 1919-cu ildə Rotterdam şəhərində qurulmuşdur. Ölkə içi, xarici və yük daşımaları xidmətini 111 ayrı nöqtəyə çatdırmaqdadır. Mərkəzi Amsterdam Şiphol Hava limanıdır.

Qısa müddət sonra, 1920-ci ildə ilk kommersiya uçuşunu həyata keçirmişdir. Uçuş London ilə Amsterdam arasında baş tutmuşdur.

KLM-in əsas fərqləndirici xüsusiyyəti onun fəaliyyətini fasiləsiz davam etdirməsidir. Şirkətin qurucusu Albert Plesman-dır.

Hazırda KLM təxminən gündə 2 000-ə yaxın uçuş həyata keçirir. İldə 30–34 milyon sərnişin daşıyır. 150-dən çox istiqamətə uçur. .

Xarici keçidlər Türkcə Vikipediya

Kateqoriya:Niderland aviaşirkətləri Kateqoriya:7 oktyabrda yarananlar Kateqoriya:1919-cu ildə yarananlar