Tamarisi (18 fevral 1944-cü ildən: gür.: g.ə. თამარისი, l.ə. tamarisi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 1908-ci ildə alman koloniyası olan Yelizavettal kəndindən (hazırda Ağbulaq bələdiyyəsində Asureti kəndi) bura köçüb yerləşmiş alman əsilli əhali tərəfindən salınmış və Traubenberq kəndi adlandırılmışdır.Т. Чернова-Деке (Берлин). Немецкие колонии в Грузии: специфика становления, управления и экономической жизни (1817-1917). стр. 133 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu.Зейналова С.М. Немцы на Кавказе. – Издательско-полиграфический центр "Мутарджим" Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 318 Almanların sürgün edilməsindən bir müddət sonra 18 fevral 1944-cü ildə Traubenberq kəndinin adı gürcüləşdirilərək Tamarisi kəndi adlandırıldı.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 17 dekabr 1926-cı il siyahıyaalınması zamanı Gürcüstan SSR Borçalı qəzasının Traubenberq kəndində 99 evdə 420 nəfər əhali qeydə alınmışdı.Зейналова С.М. Немцы на Кавказе. – Издательско-полиграфический центр "Мутарджим" Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 221 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 88%-i gürcülərdən ibarət 1.690 nəfər (817 nəfəri kişilər, 873 nəfəri qadınlar) əhali yaşayır.საქართველოს სტატისტიკის ეროვნული სამსახური (): 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები , გვერდი 213 Və onlardan təxminən 100 nəfərini azərbaycanlılar təşkil edir.Ş.B.Məmmədli. Gürcüstan Azərbaycanlıları (statistik-bilgi kitabı). – Kolori, 2006, Tbilisi, səh. 80

İstinadlar

Kateqoriya:Marneuli bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Borçalı kəndləri