Şondonq mağarası () — Vyetnamda yerləşən və dünyanın ən böyük mağarası.

Kəşf olunması Mağara Vyetnamın mərkəzində, Hanoy şəhərindən 500 km cənubda, Donqxoya əyalətinin 40 km-də yerləşir. Mağara Foqniya-Kebanq milli parkının ərazisində yerləşir. Yerli əhaliyə 1991-ci ildən məlum olmasına baxmayaraq mağaranın rəsmi kəşf tarixi 2009-cu ildir. 2009-cu ilin yazında bir qrup ingilis speleoloqları mağaranın ancaq 4 km-lik hissəsini öyrənə bilmişlər.

Ümumi məlumat Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 240 metr, eninin isə 90 metrə çatdığı müəyyən olunub. Buraya 40 mərtəbəli bina asanlıqla yerləşə bilər. Mağaranın ümumi ölçüsü təxminən 38,5 mln. m³-dir.

Girişi çox böyük olmadığından (hündürlüyü 10 m, eni 30 m) burda güclü hava axını müşahidə olunur. Mağarada axan çayında güclü səsi girişdə eşidildiyindən yerli əhalinin mağaraya qorxudan daxil ola bilməməsinə səbəb olmuşdur. İlin yağıntılı dövründə isə mağara büsbütün su ilə dolur.

Mağara yetərincə qədimdir. Bunu mağarada formalaşan 70 metrlik stalaqmitlər sübut edir. Belə stalaqmitlərin çox olduğu ərazi "Stalaqmit bağı" adlanır. Mağarada yetərincə bitki örtüyü formalaşıb. Bu səbəbdən də mağaraya həşərat və ilanlardan əlavə quşlar və meymunlarda enir.

Turist marşurutları 2013-cü ildən başlayaraq adam başına 3000 $ olmaqla bir qrup turist tərəfindən tədqiq olunmuşdur.

İstinadlar

Xarici keçidlər cameralabs.org http://terraoko.com/?p=12605

Kateqoriya:Vyetnam mağaraları