thumb|Finlandiyada hazırlanmış noxud şorbası. Noxud şorbası — noxudla hazırlanan şorba növü. Bir çox dünya mətbəxində noxud şorbası hazırlanır. Əsasən Pisum sativum növündən olan noxuddan hazırlanır.
Tarixi Noxud şorbası qədim zamanlardan hazırlanan xörəklərdən biridir. Aristofan "Quşlar" əsərində noxud şorbasının adını çəkmişdir.: "vendors in the streets of [classical] Athens were selling hot pea soup."
Coğrafiyası Kanadada sarı noxud şorbası Kvebek mətbəxinin ənənəvi xörəklərindən biridir. Kanadanın ingilisdilli bölgələrində noxud şorbası Conni çörəyi ilə servis edilir. Almaniyada donuz əti və ya sosiska ilə bişirilməsi geniş yayılıb, eləcə də, hazır noxud şorbası konservləri satılır. Niderlandda noxud şorbasının snert adlandırılan xüsusi çeşidi hazırlanır. İndoneziya və Surinam keçmiş Niderland müstəmləkələri olduğu üçün bu ölkələrdə də noxud şorbası geniş hazırlanan xörəklərdəndir.
Skandinaviya ölkələrində noxud şorbası donuz əti ilə hazırlanır. Finlandiyada yaşıl noxud, İsveç və Danimarkada sarı noxuddan istifadə olunur. İsveç kralı XIV Erik noxud şorbasına qatılmış zəhərə görə ölmüşdür.Lars Ericson in Johan III, , p. 109 Norveçdə noxud şorbası Milad və bahar xörəyi hesab olunur.
Ucuz hazırlanan xörək olduğu üçün Polşada noxud şorbası ordu yeməyi hesab olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şorbaları Kateqoriya:Düyü xörəkləri Kateqoriya:Noxud xörəkləri Kateqoriya:Paxlalı yeməklər Kateqoriya:Çexiya mətbəxi Kateqoriya:Estoniya mətbəxi Kateqoriya:Finlandiya mətbəxi Kateqoriya:İsveç mətbəxi Kateqoriya:Niderland mətbəxi Kateqoriya:Sovet mətbəxi