Deniel Makfadden () () — amerikalı iqtisadçı. 2000-ci ildə Ceyms Hekmanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmə səbəbini İsveç Kral Elmlər Akademiyası bu şəkildə ifadə etmişdi: "Deniel Makfadden kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə təltif olunur". Deniel Makfadden hələ də Berkli Kaliforniya Universitetində iqtisadiyyat professoru olaraq işləyir.

Həyatı Deniel Makfadden 29 iyul 1937-ci ildə Relic şəhərində anadan olub. 19 yaşında olarkən Minnesota Universitetindən fizika ixtisası üzrə məzun oldu və 5 il sonra iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Minnesota Universitetində olarkən elmi rəhbəri Leonid Qurvitsdi. Leonid Qurvits də 2007-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.

Deniel Makfadden 1964-cü ildə Berkli Kaliforniya Universitetində işləməyə başladı. 1977-ci ildə Massaçusets Texnologiya İnstitutuna keçdi, lakin 1991-ci ildə yenidən Berkli Kaliforniya Universitetinə geri döndü. 1975-ci ildə Con Beyts Klark, 1986-cı ildə isə Friş medalına layiq görülmüşdür. 1981-ci ildə ABŞ Beynəlxalq Elmlər Akademiyasına üzv seçilmişdir.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Deniel Makfadden haqqında Nobel mükafatı e-muzeyində məlumat Deniel Makfadden haqqında faktlar Deniel Makfaddenin şəkilləri Deniel Makfaddenin müsahibəsi Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:Minnesota Universitetinin məzunları Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri