Böyük Britaniya azərbaycanlıları () — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, Birminhem və Edinburq şəhərlərində yaşayırlar.
Tarixi Birinci mühacirət dalğası Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar.
İkinci mühacirət dalğası İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.
Üçüncü mühacirət dalğası SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.
2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir.
Coğrafi yerləşdirilmə Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib. 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.
Yer Şəhər Azərbaycanlıların sayı 1 London 5000 2 Mançester 3 Aberdin 250 4 Liverpul 5 Birminhem 6 Qlazqo 100 7 Nyukasl 8 Edinburq 20
Mədəniyyət 2008-ci ildən, Londonda “Azərbaycan Evi” adlı Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyət göstərir. Qurulduğu gündən London “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar həyata keçirilib.
İncəsənət və əyləncə thumb|Sami Yusuf Qlazqo Kraliyət Konsert Zalında.
2010-cu ildən, Azərbaycan incəsənət sərgiləri artımı olmuşdur. Azərbaycan rəssamlarının əsərləri Londonda Sotebi sərgisində nümayiş olunub.
Çoxsaylı Azərbaycan musiqiçiləri Britaniya pop musiqisində uğurlu olmuşdur. 2014-cu ildə, Elyar Foksun Do It All Over Again mahnısı Britaniya çartlarında 5-ci yerə sahib olmuşdur. Sami Yusufun "My Ummah" albomu 4 milyon satılmışdır.
Bayramlar və xüsusi günlər Azərbaycanın dövlət bayramları və xüsusi günləri hər il Azərbaycan icması tərəfindən qeyd olunur. 2008-ci ildən, Xocalıya ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası ilə əlaqədar ölkədə aksiyalar keçirilir.
Din thumb|right|Londonda Əziziyə məscidi. Azərbaycanda olduğu kimi, Britaniyada azərbaycanlıların əksəriyyəti müsəlmandır, ondan çoxu şiə, qalanı isə sünni məzhəbinə məxsusdur.
İdman Britaniyada azərbaycanlılar arasında futbol və futzal daha populyardır. 2014-ci ildə, ölkədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti sezon İngiltərəni UEFA Futzal Kubokunda təkrar təmsil etmişdir.
Mətbəx Britaniya azərbaycanlıları arasında Azərbaycan mətbəxi və Yaxın Şərq mətbəxi daha populyardır. Londonda bir neçə Azərbaycan restoranı fəaliyyət göstərir.
Görkəmli şəxslər Nigar Camal, müğənni. Elyar Foks, müğənni, musiqiçi və söz yazıçısı. Məhəmmədhəsən mirzə Qovanlı-Qacar, Qacar şahzadəsi. Murad Həsənli, siyasətçi. Sami Yusuf, müğənni və bəstəkar. Əmmar Nəqşəvani, Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq.
İstinadlar
Həmçinin bax
Azərbaycan–Böyük Britaniya münasibətləri