Albert Dominik Ebosse Boconqo Dika (; ) — Kamerun, Malayziya və Əlcəzair çempionatlarında çıxış etmiş kamerunlu futbolçu.

Karyerası Ebosse "Duala Atletika", "Koton Sport" və "Unisport" kimi Kamerun klublarında çıxış etmişdir.

O, 2012-ci il aprelin 15-də Malayziyanın "Perak" klubu ilə müqavilə imzaladı. O, yeni klubu ilə liqada debütünü 17 aprel 2012-ci ildə "Sabah" klubuna qarşı 2-2 heç-heçə hesabı ilə bitən qarşılaşmada etdi və klub forması ilə ilk qolunu 4 may 2012-ci ildə keçirilən və 2-2 bərabər hesabla bitən "Terenqanu" klubuna qarşı oyunda vurdu.

2013-cü ilin iyul ayında Ebosse "Kabiliyə" (qısaca "JSK") klubuna keçid etdi. O, 2014-cü ildə 17 qolla Əlcəzair çempionatının bombardiri oldu.

Ölümü 23 avqust 2014-cü ildə "JSK" və "USM Alger" komandaları arasında keçirilən ev qarşılaşmasının sonunda komandalar meydanı tərk edərkən naməlum şəxs tərəfindən atılan mərmi Ebossenin başına dəydi. JSK üçün 2-1 hesablı məğlubiyyətlə başa çatan oyunda Ebosse klubunun yeganə qolunun müəllif idi. Ebosse bir neçə saat sonra kəllə-beyin travması nəticəsində xəstəxanada vəfat etdi. Onun 24 yaşı var idi. Ebossenin ölümündən sonra Əlcəzair Futbol Federasiyası bütün futbol tədbirlərini qeyri-müəyyən müddətə dayandırdı və "1 noyabr 1954-cü il" stadionunun bağlanmasına qərar verdi.

12 sentyabr 2014-cü il tarixindən liqa oyunları yenidən bərpa edildikdən sonra həmin turun bütün matçları Ebossenin xatirəsinə bir dəqiqəlik sükutla başlandı.

18 dekabr 2014-cü ildə açıqlanan meyitin sonrakı tibbi yarmaları Ebossenin ilkin iddia olan mərmidən deyil, şiddətli döyülmə nəticəsində öldüyünü göstərdi.

İstinadlar

Xarici keçidlər

Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse Ebosse