Teymur Heydər oğlu Salahov () — Azərbaycan SSR-nin siyasi və dövlət xadimi

Fəaliyyəti 1906-cı ildə məşhur Balaxanı üsyanında iştirak edib. 1919-cu ildə bolşeviklər sırasına daxil olub. O, Ali Partiya Məktəbinin ilk məzunlarındandır.

Bir müddət Daşkəsən rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. Ardınca Laçın rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmiş, 1936-cı ilin sonunda Mircəfər Bağırovun əmri ilə vəzifəsindən azad edilmişdir. 1937-ci ilin yanvarında Bakı Şəhər Partiya Komitəsinin qərarı ilə partiya sıralarından kənarlaşdırılmışdır.

Teymur Salahov 26 mart 1938-ci ildə güllələnərək öldürülüb.

Ailəsi Ailəli idi. Tahir Salahovun atasıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Daşkəsən Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:SSRİ-də repressiya qurbanları