thumb|Türkiyədə satılan saçaqlı pendirlər. Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü.
Coğrafiyası Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər.Petrosian., I. and Underwood., D. (2006). Armenian Food: Fact, Fiction and Folklore. Yerkir Publishing, Bloomington, Indiana, USA. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır.
Hazırlanması Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur.
Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.
İstifadəsi Saçaqlı pendir əsasən səhər yeməyində yeyilir. Tərkibində kalisum və B2 vitamini olduğu üçün inkişaf etməkdə uşaqlar üçün faydalı hesab olunur.
İstinadlar
Kateqoriya:Pendir növləri