() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.

Arealı Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir. Kasacığı uzun tükcüklərlə örtülmüşdür; dişcikləri tükcüklü, borucuqdan uzundur. Çiçək tacı açıq çəhrayıdır; yelkənciyi kasacıqdan uzun, qulaqlı deyil, tədricən daralır. Üzərində nazik, yaşıl, 8 sm-ə qədər uzunluqda tikanları vardır. Paxlası az keçəvari, birtoxumludur. İyun-iyul aylarında çiçəkləyir. Toxumla çoxalır.

Ekologiyası Dağların aşağı zolağında, dəniz səviyyəsindən 800-1000 m hündürlükdə, daşlı yerlərdə bitir. Dağlıq bölgələrdə açıq sahələrdə, çınqıllı, daşlı qayalarda bitir.

Azərbaycanda yayılması Naxçıvan, Ordubad və Qarabağda yabanı halda bitir. Nadir bitkidir, Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi məqsədyönlüdür.

İstifadəsi Tərkibində kitrə vardır.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax