Səmədağa Məmməd oğlu Şıxlarov () — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb.

Həyatı

Erkən illəri Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı. Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib.

1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb. Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi. O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi. O, Ramil Usubov, İsmət Qayıbov və digər tanınmış şəxslərin avtomobillərini təmir edirdi. Anası Xanım evdar qadın idi. Atası 1999-cu, anası isə 2004-cü ildə rəhmətə gedib.

Altı yaşında futbola maraq göstərib. Uşaqlıqda Pele, Anatoli Banişevski və Gerd Müllerin pərəstişkarı olub.

Vaxtilə "Neftçi" və "Dinamo Tbilisi" kimi komandaların şərəfini qorumuş Nağı Babayev onların binasında yaşayırdı və onu "Тигр" () deyə çağırırdı. Məhz Nağı Babayevlə tanışlıq onun futbola həvəsini daha da artırıb.

Valideynləri Səmədağa Şıxlarovun futbolla məşğul olmasına o qədər də həvəsli deyildilər. Məhz ona görə də, Səmədağa Şıxlarova 15 yaşına kimi bir dəfə də olsun başqa rayonlardakı oyunlara getməyə icazə verməyiblər. Səmədağa Şıxlarovun valideynləri onu ancaq Əli Bayramlıdakı oyunlara buraxırdı. Daha sonra məşqçiləri Nağı Babayev və Xudaverdi Babayevin xahişindən sonra atası Məhəmməd oğlunun Lənkərana getməsinə razı olub.

Hələ uşaq vaxtlarından tay-tuşlarının, qohum-əqrəbanın yanında "Neftçi"də oynayacağını söyləyən balaca Səmədağaya hamı istehza ilə baxırdı.

1962-ci ildən 1972-ci ilə kimi Əli-Bayramlı şəhəri 2 nömrəli orta məktəbdə təhsil alıb. Coğrafiya fənini xüsusi olaraq sevirdi.

1973-cü ildə orta məktəbi bitirib sənədlərini İdman İnstitutuna verən gənc 7 imtahandan keçsə də, səkkizincidən – fizikadan kəsildi. O, Əli Bayramlıya qayıdaraq məşqlərini davam etdirməklə yanaşı, atasına kömək edir, həm də sənətini öyrənməyə başlayır:

1972-ci ildə "Neftçi"nin hazırlıq qrupunda çalışan məşqçisi Nağı Babayevin təklifi ilə Səmədağa Şıxlarov bu qrupa yazılır:

Həmin ilin sonunda Səmədağa Şıxlarov "Neftçi"nin əvəzedici komandasına çağırıldı. İlk oyununu səfərdə İvano-Frankovskun "Spartak" və Lvovun "Karpatı" komandalarına qarşı keçirən gənc hücumçunun çıxışı məşqçiləri razı salır və dekabrda komandaya qəbul edilir. 1974-cü il yanvarın 1-dən etibarən isə heyətə götürülür:

Klub karyerası 1974-cü ildə Neftçi komandası SSRİ çempionatının 1-ci dəstəsində çıxış edib. Əsas heyətdə debütü 1974-cü ildə aprel ayında Sverdlovskun "Uralmaş" komandasına qarşı olub. Həmin il 9 dəfə əsas heyətin oyunlarında meydana çıxıb. 1974-cü ilin dekabr ayında komanda ilə birlikdə İranda beynəlxalq turnirdə iştirak edib.

1975-ci ilin may ayında 1-ci dəstədə çıxış edən komandaların əvəzedici heyətlərini ləğv etdilər. Əvəzedici heyət ləğv edildiyi üçün komanda da 25 futbolçu qalmalı idi. O zaman Neftçinin heyətində hücum xətdində Nikolay Smolnikov, Yuriy Stikolnikov, Nikolay Lyoksin, Rafiq Əlizadə, Füzuli Cavadov qarşı rəqabətə dözə bilməyib, SSRİ çempionatının 2-ci dəstəsinin 1-ci zonasında iştirak edən "Xəzər Sumqayıt" komandasına keçib. Orada məşqçiləri Anatoli Banişevski və Valeri Hacıyev olub. Burada Səmədağa Şıxlarov 20 oyunda çıxış edərək 8 qol vurub.

1974–1978-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

1976-cı ildə Neftçinin veteran futbolçusu və komandanını baş məşqçisi olmuş Əli Əbilzadənin rəhbərliyi altında Bakıda "Avtomobilçi" futbol komandası yaradıldı. Komanda SSRİ çempionatının 2-ci dəstəsinin 1-ci zonasında iştirak edirdi. Səmədağa Şıxlarov 1976–1977-ci ilin avqustuna kimi "Avtomobilçi"-nin heyətində 62 oyuna 34 qol vurub.

1977-ci ilin avqust ayında Neftçi artıq SSRİ çempionatının yüksək liqasında iştirak edirdi. Azarkeşlərin təkidi ilə Səmədağa Şıxlarov Neftçi komandasına qayıtsa da, zədə səbəbindən yalnız 5 oyunda iştirak edib.

1978-ci ildə Dneprə qarşı oyunda Anatoli Banişevski özünün SSRİ çempionatında 99-cu və 100-cü qolunu vuraraq Qriqori Fedotov klubuna üzv oldu. Həmin oyunda digər iki qolu Səmədağa Şıxlarov İsgəndər Cavadovla vurmuşdu.

Neftçi komandasının heyətində Ermənistan SSR-nin "Ararat İrəvan" komandasına qarşı oyunda Neftçinin SSRİ çempionatlarında 600-cü yubiley qolunu vurub. Həmən il Heydər Əliyev onu komandanın aparıcı futbolçusu kimi ev ilə mükafatlandırıb.

1980-ci ildə SSRİ çempionatının güclülər dəstəsində 6 oyunda çıxış edib. SSRİ kubokunda isə 7 oyunda çıxış edərək 5 qol vurub. Noyabr ayında Lənkərandakı tank alayına hərbi xidmətə göndərilib. Lənkəranda olduğu müddətdə Xəzər komandasının heyətində məşq edib. Oradan isə 1981-ci ilin fevral ayında Moskvanın "MOİK Moskva" komandasına aparıblar. İki ay müddətində Moskvanın "MOİK" komandasının düşərgəsində olub. Baş məşqçi Oleq Bazileyiviçin məsləhəti ilə SSRİ çempionatının 1-ci dəstəsində çıxış edən Kiyevin "OİK" komandasının baş məşqçisi Vladimir Muntianin komandasına aparılib. Burada 37 oyunda 12 qola imza atıb. 1982-ci ildə mart ayında Kiyev "OİK" heyətində SSRİ kubokunda 4 oyunda 1 qol vurub.

thumb|left|1982-ci il yanvarın 21-də "Neftçi" — "Dinamo Kiyev" oyunun tablosu

1982-ci ildə aprel ayında hərbi xidməti bitirən zaman artıq SSRİ çempionatının yüksək liqasında Neftçinin heyətində 28 oyunda çıxış edib və 10 qol vurub. 1982-ci ildə ona SSRİ İdman Ustası adı verildi. 1983-cü ildə Neftçinin heyətində 23 oyuna 5 qol vurub. Dekabr ayında Suriyada keçirilən 4 yoldaşlıq görüşündə 3 qol vurub. 1984-cü ildə əsas heyətdə 9 oyun keçirib. Əvəzedici heyətdə isə 20 oyunda 13 qol vurub.

1985-ci ildə yanvar ayının 3-də komandaya yeni baş məşqçi V. Solovyov təyin olundu. 5 yanvarda isə onu və ondan əlavə 10 nəfəri komandadan uzaqlaşdırdılar. Bundan sonra SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında çıxış edən Gəncənin "Kəpəz" komandasına keçib. 17 oyunda 9-qol vurub. 1985-ci ilin avqustundan 1987-ci ilin noyabr ayına kimi Çexoslavakiyada 2 illik kontrakt ilə SSRİ-nin MHD komandasında oynayıb.

1988-ci ildə yenidən Kəpəzin heyətində 24 oyuna 15 qol vurdum. 1988-ci ilin dekabrında Azərbaycanın 2-ci dəstəsində çıxış edən komandaların yığmasının heyətində Qanada beynəlxalq turnirdə çıxış edib. 3 oyunda 3 qol vurub. 1989-cu ildə böyük futboldan bir müddətə uzaqlaşıb.

1992-ci ildə yenidən futbola dönüb. Artıq müstəqillik əldə etmiş Azərbaycan Respublikasının ilk çempionatında iştirak edən Siyəzənin "Çıraqqala" komandasında çıxış edərək, 11 oyunda 3 qol vurub.

Yığma karyerası thumb|Səmədağa Şıxlarov SSRİ Olimpiya yığma komandasının heyətində

1982-ci ilin avqust ayında SSRİ Olimpiya yığma komandasının heyətinə cəlb olunub və Mərkəzi Amerikada Trinidad və Tobaqo ölkəsinin yaranmasının 20 illiyi yubileyinə həsr olunmuş futbol turnirində iştirak edib. 2 oyunda 1 qol vurub.

Biznes karyerası Futbolla vidalaşdıqdan sonra Səmədağa Şıxlarova yaxın dostu qapı-pəncərə sexi açmağı təklif etdi. Sovet İttifaqının dağılmasından sonra vəziyyətdən istifadə edərək vaxtilə Çexoslovakiyada bir yerdə oynadığım Viktor Kondratyevə zəng vurdu və şərikli şirkət açmağı təklif etdi. Ukraynada Səmədağa Şıxlarov dostu ilə Viktor Kondratyevin həyat yoldaşının adına firma təsis etdi və bankdan 6 min karbovanets kredit götürdü:

Məşqçi karyerası 2004-cü ildə məşqçi qismində futbola qayıdıb. Ağasəlim Mircavadovun dəvəti ilə "Neftçi-2" də məşçi işləyib. 2005-ci ildə həvəskarlar liqasında çıxış edən Şirvan şəhərinin "Şirvan" komandasında baş məşqçi olub və komanda ilə çempionluq və kubok qazanıb. 2006-cı ildə Azərbaycan Premyer Liqasıda çıxış edən Bakının "Olimpik" komandasına hücumçularla məşqçi qismində dəvət ediblər. 2008-ci ildə məşqçi-seleksioner qismində Neftçiyə dəvət olunub. İki aydan sonra isə öz xaişi ilə klubu tərk edib və AZAL komandasına keçib.

Ölümü 2021-ci il iyunun 1-də Səmədağa Şıxlarov menecer işlədiyi Həndbol Federasiyasından qayıdanda yolu keçən zaman onu Chevrolet markalı avtomobil vurub. Hadisə Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saat 14:00 radələrində baş verib. Hadisə nəticəsində o vəfat edib.

O, Şirvan şəhərində valideynlərinin yanında dəfn olunub. Futbolçu Nazim Süleymanov və dostları Səmədağa Şıxlarovun ailə üzvləri ilə birlikdə dəfndə iştirak etdilər.

İyunun ikisi Səmədağa Şıxlarovun vəfat etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı bağlı cinayət işi başlanıb. Nərimanov Rayonu Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1 iyun 2021-ci il trixində saat 13:45-də Azadlıq prospektində Chevrolet markalı 99 OY 985 dövlət qeydiyyat nişanlı avtomobillə, 99 LK 110 dövlət qeydiyyat nişanlı Lada Priora toqquşub. Bu zaman idarəetmədən çıxan Chevrolet prospektin kənarında piyada hərəkətdə olan Səmədağa Şıxlarovu vurub. O, aldığı xəsarətlərdən vəfat edib.

Şəxsi həyatı İlk avtomobili atasının "71–34" nömrəli Jiquli olub. 40-a yaxın ölkədə səfərdə olub.

1984-cü ildə Ruslan adlı oğlu dünyaya gəlib. Oğlunun adını 1983-cü ildə avtomobil qəzasında vəfat edən Ruslan Həbibovun şərəfinə qoyub. 1994-cü ildə həyat yoldaşı Səmədağa Şıxlarov ilə ayrılaraq, Almaniyaya köçdü.

2017-ci ildə ayaqlarının damarlarında trombdan əziyyət çəkən Səmədağa Şıxlarov 5-ci dəfə əməliyyat olunub. 2019-cu ilin oktyabr ayında xaricdə 6-cı dəfə əməliyyat olunub. 2020-ci il fevralın 24-də Bakı Diaqnostika Mərkəzinin Ürək-Damar Cərrahiyəsi şöbəsində ürək əməliyyatı keçirib.

Uğurları 1982 — SSRİ İdman Ustası

Qalereya

İstinadlar

Xarici keçidlər

Самедага Шихларов: Пусть Рамазанов не забывает, когда мы играли в футбол, он с игрушками под столом возился

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Şirvanda (Azərbaycan) dəfn olunanlar Kateqoriya:Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ futbolçuları