Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası () — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir.
Tarixi Konfederasiyanın yaranması 2003-cü il mart ayının 8-də keçirilən Milli Şuranın konfransında təsdiqlənmişdir.
Tərkibi Hazırda təşkilatın tabeçiliyində 27 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 290 min üzvü özündə cəmləşdirir.
Fəaliyyəti Konfederasiya iş yerlərində mövcud olan ayrı-seçkiliklərə qarşı mübarizə aparır.
Konfederasiyanın siyasəti iş yerlərində ekspluatasiya, diskriminasiya və ayrı-seçkiliyi aradan qaldırmaq prinsipləri üzərində qurulub. Bununla yanaşı, təşkilat hər zaman işçilərin iqtisadi-sosial durumunda bərabərliyi tənzimləmək üçün əlindən gələni edir.
Rəhbərləri Hazırda təşkilata Joel Mfinqvana rəhbərlik edir.
Mənbə Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları. "Ülfət" qəzeti, 5 oktyabr 2012-ci il.
Xarici keçidlər
Kateqoriya:2003-cü ildə yarananlar Kateqoriya:CAR həmkarlar ittifaqları