Gibson — mərkəzi ABŞ-də yerləşən gitara istehsal edən şirkətdir. Firmanın məhsulunu həmçinin Epiphone, Kramer Guitars, Valley Arts, Tobias, Steinberger və Kalamazoo markalarının altında da görmək olar. Gibson şirkəti gitaralardan başqa piano (Baldwin Piano), baraban və əlavə avadanlıqlar da hazırlayır.
1890-cı illərin sonunda şirkətin yaradıcısı Orvil Qibson, Kalamazu (Miçiqan ştatı) şəhərində mandolinlərin istehsalına başladı. Skripka görünüşünə bənzər, lakin qabarıq gövdəyə sahib bu gitara, həmçinin "arktop" kimi də tanınırdı. 1930-cu ildə şirkət daha yastı gövdəyə və içiboş korpusa sahib gitaraların istehsalına başladı. Bu gitaraları Çarli Krisçen məşhurlaşdırdı. 1950-ci illərin əvvəllərində Gibson şirkəti ilk bütöv gövdəyə sahib gitara olan Les Paul modelinin istehsalına başladı. 1960-cı ildə Gibson şirkəti Norlin Korporasiyasının sahibi oldu. Şirkətin və məhsulun keyfiyyətinin müvəffəqiyyəti 1986-cı ilə qədər kəskin pisləşməyə başladı. Lakin Gibson şirkətinin hazırkı sahibləri şirkəti bu pis vəziyyətdən çıxarda bildilər. 1936 - Gibson ES-150 1958 – Gibson Modern 1958 - Gibson 335-S 1958 - Gibson EDS-1275 1958 - Gibson Explorer 1958 - Gibson Flying V 1958 - Gibson Les Paul 1959 - Gibson Melody Maker 1963 - Gibson Firebird 1982 - Gibson Corvus 1996 - Gibson Blueshawk
Xarici keçidlər Gibson rəsmi veb səhifəsi Gibson Custom Shop Gibson seriya nömrələri
Kateqoriya:1902-ci ildə yarananlar Kateqoriya:ABŞ şirkətləri