thumb|İsveç Akademiyasının daimi katibi Hiras Enqdahlın 2008-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatını Jan-Mari Qustav Le Klezionun qazandığını elan edərkən Ədəbiyyat üzrə Nobel mükafatı — İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Ədəbiyyat üzrə ilk Nobel mükafatı 1901-ci ildə Sülli-Prüdoma təqdim edildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Prüdoma verilən mükafat pulu 150.782 SEK təşgil edirdi. Bu məbləğ yanvar 2018-ci ildə 8.823.637,78 SEK idi. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.

2021-ci ildən etibarən mükafat 118 şəxsə təqdim edilmişdir. Ən gənc laureat 1907-ci ildə mükafatlandırılarkən 41 yaşı olan Redyard Kiplinq idi. Mükafatı alan ən yaşlı laureat 2007-ci ildə mükafatlandırılarkən 88 yaşı olan Doris Lessinq olub. Erik Karlfeldt 1931-ci ildə ölümündən sonra mükafata layiq görülüb.Facts on the Nobel Prize in Literature Nobelprize.org 1958-ci ildə bu mükafata layiq görülmüş Rusiyalı Boris Pasternak, SSRİ hökumətinin təyziqləri altında mükafatdan imtina etməyə məcbur olmuşdur. 1964-cü ildə Jan Pol Sartr, keçmişdə bütün rəsmi mükafatlardan imtina etdiyi kimi bu mükafatdan da imtina etmişdir. Bütün bunlara baxmayaraq, Nobel komiteti mükafatdan imtinanı qəbul etməyib və Pasternak və Jan Pol Sartrı Nobel laureatları siyahısına daxil etmişdir.

16 qadın Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur. 1904, 1917, 1966 və 1974-cü ildə mükafat iki nəfərə verilmişdir. 1914, 1918, 1935, 1940–1943 və 2018-ci ildə isə mükafat verilməmişdir. 2018-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı 2019-cu ilin mükafatı ilə birlikdə 2019-cu ilin oktyabrında verildi. 2021-ci ilə qədər Ədəbiyyat üzrə Nobel Mükafatının 29 ingilis dilli, 15 fransız dilli və 14 alman dilli qalibi mövcuddur.

Laureatlar İlŞəkilLaureatÖlkəDil(lər)Əsaslanmajanr(lar)190175pxSülli-Prüdom (1839 – 1907)Üçüncü Fransa RespublikasıFransızca"Qəlb və ağlın nadir kombinasiyasının keyfiyyətliliyi, bədii mükəmməliliyi və ali idealizmin sübutu olan poetik kompozisyasının xüsusi olaraq tanınması üçün"Poeziya, esse190275pxTeodor Mommzen (1817 – 1903)Almaniya İmperiyasıAlman dili"Roma tarixi" adlı monumental əsərinə xüsusi istinadla tarix yazıçılığı sənətinin ən böyük canlı ustası"Tarix, hüquq190375pxByörnstyerne Byörnson(1832 – 1910)İsveç-NorveçNorveç dili"İlhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına təqdir olaraq"Poeziya, roman, dram1904Frederik Mistral (1830 – 1914)Üçüncü Fransa RespublikasıProvans dialekti"Xalqının təbii mənzərəsini və doğma ruhunu sədaqətlə əks etdirən poetik istehsalının təravətli orjinallığının və həqiqi ilhamının tanınmasına və əlavə olaraq Provans filoloqu olaraq əhəmiyyətli çalışmalarına görə"poeziya, filologiyaXose Eçegeray-i-Eysagirre (1832 – 1916)Restorasiya (İspaniya)İspan dili"İndividual və orijinal mövzularda İspan dramaturgiyasının böyük ənənələrini dirçəldən çoxsaylı və parlaq kompozisiyaların tanınması üçün"dram1905Henrik Senkeviç (1846 – 1916)PolşaPolyak dili"Epos sahəsindəki böyük xidmətlərinə görə"roman1906Cozue Karduççi (1835 – 1907)İtaliya Krallığıİtaliya dili"Nəinki sadəcə onun dərin öyrənmə və tənqidi tədqiqatını diqqətə almaqla, lakin hər şeydən əvvəl onun poetik şah əsərlərini xarakterizə edən yaradıcılıq enerjisinə, tərzinin təravətinə və lirik gücünə təqdir olaraq"poeziya1907Redyard Kiplinq (1865 – 1936)Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığıİngilis dili"Dünyaca məşhur müəllifin yaradıcılığını xarakterizə edən müşahidə gücü, təxəyyülünün orijinallığı, ideyalarının bitkinliyi və diqqətəlayiq təhkiyə qabiliyətinə görə"roman, qıssa hekayə, poeziya1908Rudolf Eyken (1846 – 1926)Almaniya İmperiyasıAlman dili"Onun çoxsaylı əsərlərində idealist həyat fəlsəfəsini təsdiqləmiş və inkişaf etdirdiyi təqdimatındaki həqiqəti ciddi axtarışının, nüfuz edən düşüncə gücünün, geniş baxış diapazonunun, hərarətinin və qüvvəsinin tanınması üçün"fəlsəfə1909Selma Lagerlöf (1858 – 1940)İsveçİsveç dili"Onun yazılarını səciyyələndirən yüksək idealizmə, canlı təxəyyülə və mənəvi qavrayışa təqdir olaraq"roman, qıssa hekayə1910Paul fon Heyze (1830 – 1914)Almaniya İmperiyasıAlmaniya İmperiyası"Lirik şair, dramaturq, romançı və dünya şöhrətli qısa hekayələr yazıçısı kimi uzun məhsuldar karyerası ərzində nümayiş etdirdiyi idealizmlə hopmuş mükəmməl sənətkarlığa təqdir olaraq"poeziya, dram, roman, qıssa hekayə1911Moris Meterlink (1862 – 1949)BelçikaFransız dili"Onun çoxşaxəli ədəbi fəaliyyətinin, xüsusən də zəngin təxəyyülü və poetik fantaziya ilə seçilən dramatik əsərlərinə yüksək təqdir olaraq, hansı ki, onun əsərləri bəzən nağıl qiyafəsində, dərin ilhamla, sirli şəkildə oxucuların öz hisslərinə xitab edir, onların təxəyyülünü canlandırır"dram, şeir, esse1912Gerhart Hauptman(1862–1949)Almaniya İmperiyasıAlman dili"ilk növbədə onun dramaturgiya sənəti sahəsində məhsuldar, rəngarəng və görkəmli yaradıcılığının tanınması üçün."dram, roman1913Rabindranat Taqor (1861–1941)Hindistan(Britaniya imperiyası)Benqal dili və İngilis dili"Poetik zəkadan ustalıqla istifadə edilərək, dərin həssaslıqla yazılmış orijinal və gözəl şeirlərə görə"poeziya, roman, dram, qıssa hekayə, musiqi, esse, fəlsəfə1914Mükafat verilmədi1915Romen Rollan (1866–1940)Üçüncü Fransa RespublikasıFransız dili"Ədəbi əsərlərindəki yüksək idealizmə, həqiqəti duymaya və sevməyə görə"roman1916Verner fon Heydenstam (1859–1940)İsveçİsveç dili"Dünya ədəbiyyatının yeni dövrünün görkəmli nümayəndəsi olduğuna görə"poeziya, roman191775pxKarl Adolf GellerupDanimarkaDanimarka dili"Poetik yaradıcılığının rəngarəngliyinə və yüksək ideallarına görə".poetry75pxHenrik PontoppidanDanimarkaDanimarka dili"Danimarkanın müasir həyatını inandırıcı bir tərzdə təsvir etdiyinə görə"roman1918Mükafat verilmədi191975pxKarl ŞpittelerİsveçrəAlman dili"Bənzərsiz "Olimpiya baharı" eposuna görə.poeziya192075pxKnut HamsunNorveçNorveç dili"Torpağın şirləri əsərinə görə"roman192175pxAnatol FransÜçüncü Fransa RespublikasıFransız dili"Dərin məşəqqətli humanizmlə və əsl qall temperamentliliyi ilə yazılmış nəfis stilli parlaq ədəbi nailiyyətlərinə görə".roman, poeziya192275pxXasinto Benavente-i-MartinesRestorasiya (İspaniya)İspan dili"Şanlı ispan dram ənənələrini ustalıqla davam etdirdiyinə görə"dram192375pxVilyam YeytsAzad İrlandiya Dövlətiİngilis dili"Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə"poeziya192475pxVladislav Reymontİkinci Polşa RespublikasıPolyak dili"Möhtəşəm Kişilər milli eposuna görə"roman192575pxBernard Şouİrlandiyaİngilis dili"Misilsiz poetik gözəlliklə birləşdirdiyi parlaq satirasına, idealizm və humanizmlə zəngin yaradıcılığına görə"dram, ədəbi tənqid192675pxQrasiya Deleddaİtaliya Krallığıİtalyan dili"Əziz vətəninin həyatını və insan problemlərinə tam dərindən yanaşmanı plastik aydınlıqla əks etdirdiyi poetik əsərlərinə görə"poeziya, roman192775pxAnri BerqsonÜçüncü Fransa RespublikasıFransız dili"Aydın və optimist ideyalarına və bu ideyaları özündə əks etdirən müstəsna fəaliyyətlərinə görə"fəlsəfə 1929 Tomas Mann "Müasir ədəbiyyatın klassikasına çevrilmiş qüdrətli "Buddenbroklar" romanına görə". 1930 Sinkler Lüis "Güclü və ifadəli yaradıcılıq məharətinə, satira və yumordan istifadə edərək yeni tip və xarakater yaratmaq kimi müstəsna qabiliyyətinə görə".

1930-cu illər Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi 1931 Erik Karlfeldt "Poeziyasına görə (ölümündən sonra)" 1932 Con Qolsuorsi "Yüksək yaradıcılıq qabiliyyətinin zirvəsi olan "Forsaytlar haqqında saqa" əsərinə görə". 1933 İvan Bunin / "Rus klassik nəsrinin ənənələrini inkişaf etdirmə ustalığına görə". (mükafatı mühacirətdə alıb) 1934 Luici Pirandello "Səhnədə və dramaturgiya sənətinin intibahında göstərmiş olduğu bədii cəsarətə və ixtiraçılıq qabiliyyətinə görə". 1935 Mükafat təqdim edilməyib. 1936 Yucin O'Nil "Faciə janrını yeni şəkildə təfsir edən dram əsərlərinin təsir gücünə, həqiqiliyinə və məna dərinliyinə görə". 1937 Roje Marten dü Qar "İnsanı və müasir həyatın daha qabarıq tərəflərini düzgün əks etdirdiyinə və bədii gücünə görə". 1938 Perl Bak "Çin kəndlilərinin həyatını hərtərəfli, həqiqi epik təsvirlərinə və bioqrafik şedevrlərinə görə". 1939 Frans Emil Sillanpaa "Fin kəndlilərinin həyatına dərindən nüfuz etdiyinə və onların möhtəşəm adətlərini və təbiətlə münasibətlərini əks etdirdiyinə görə". 1940 Mükafat təqdim edilməyib.

1940-cı illər Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi 1941 Mükafat təqdim edilməyib. 1942 Mükafat təqdim edilməyib. 1943 Mükafat təqdim edilməyib. 1944 Yohannes Yensen "İntellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslübu ilə birləşdirmiş olduğu müstəsna poetik təxəyyülünün gücü və zənginliyinə görə". 1945 Qabriela Mistral "Adını "bütün Latın Amerikası üçün idealist can atma" rəmzi edən həqiqi hisslərlə dolu poeziyasına görə ". 1946 Herman Hesse / "Humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu yaradıcılığına və həmçinin gözəl üslüba görə". 1947 Andre Jid "İnsan problemini — həqiqətə qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirən dərin mənalı bədii əsərlərinə görə". 1948 Tomas Eliot "Müasir poeziyanı yeniliklərlə zənginləşdirdiyinə görə". 1949 Vilyam Folkner "Ədəbiyyat nöqteyi-nəzərindən müasir amerika romanına verdiyi böyük və misiksiz töhfələrinə görə". 1950 Bertran Rassel "Rasionalizm və humanizmin ən dəyərli nümayəndələrindən biri kimi azad söz və azad fikir uğrunda qərbdə mübarizə aparan qorxusuz döyüşçü olduğuna görə".

1950-ci illər Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi 1951 Per Lagerkvist "Yazıçının bəşəriyyəti daim düşündürən suallara cavab tapmaq uğrunda çalışdığı bədii gücünə və mütləq müstəqil mühakimələrinə görə". 1952 Fransua Moriak "Öz romanlarında insan həyatının faciələrini əks etdirə bilən dərin mənəvi hissləri anlamağına və bədii gücünə görə". 1953 Vinston Çörçill "Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə". 1954 Ernest Heminquey "Növbəti dəfə "Qoca və dəniz" əsərində sərgiləmiş olduğu yazıçılıq qabiliyyətinə görə". 1955 Halldor Laksness "İslandiya ədəbiyyat sənətini dirçəldən parlaq epik gücünə görə". 1956 Xuan Ximenes "İspan poeziyasında yüksək ruh və bədii təmizlik nümunəsinə çevrilmiş lirik poeziyasına görə". 1957 Alber Kamyu "İnsan vicdanının əhəmiyyətini işıqlandıran, ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə". 1958 Boris Pasternak 25px SSRİ "Müasir lirik poeziyadakı əhəmiyyətli nailiyyətlərinə və böyük rus epik roman ənənələrini davam etdirdiyinə görə". 1959 Salvatore Kvazimodo "Müasir dövrün faciəvi sınaqlarını klassik canlılıqla əks etdirdiyi lirik poeziyasına görə". 1960 Sen-Jon Pers "Müasir dövrdəki vəziyyəti əks etdirə bildiyi yüksək və nümunəvi şeirlərə görə".

1960-cı illər