Aleksandr Petroviç Şteyn () — Sovet rus yazıçısı, dramaturq, ssenarist və memuarist. Aleksandr Şteyn bir sıra yüksək səviyyəli dövlət mükafatlarına layiq görülüb. Bunlara "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni, iki dəfə verilmiş "Qırmızı əmək bayrağı" ordeni, həmçinin iki "Stalin mükafatı" (1949, 1951) daxildir.

Həyatı Aleksandr Petroviç Şteyn Səmərqənd şəhərində orta təbəqəyə aid yəhudi ailəsində anadan olub. Leninqrad Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1920-ci illərin əvvəllərində o, Səmərqənd Xüsusi Təyinatlı Qüvvələr batalyonunun üzvü kimi Mərkəzi Asiyada sovet hakimiyyətinin qurulması uğrunda Ağ orduya qarşı döyüşlərdə iştirak edib.

Buxarada o, yerli hərbi qəzetə məqalələr yazmağa başlayıb, sonra isə "Pravda Vostoka" qəzetində (1920–1923) və (Petroqrad Universitetində bir illik təhsilindən sonra) "Leninqradskaya Pravda" qəzetində (1924–1929) yazılar yazıb. 1930–1939-cu illərdə Şteyn (artıq Sovet Kommunist Partiyasının üzvü idi) "Fəhlə və teatr" jurnalının redaktoru olub.

Ədəbi karyera Aleksandr Şteyn yaradıcılığa 1929-cu ildə pyeslərlə başlayıb. O, 1929-cu ildə Tur qardaşları ilə birlikdə yazdığı "Neft" adlı ilk pyesini nəşr etdirib. Bundan sonra Utopya (1930) və İstedad (1936) pyeslərini yazıb. 1934-cü ildə o, Sovet Yazıçılar İttifaqının üzvü olub. 1941–1946-cı illərdə Şteyn əvvəlcə Qanqut xətt gəmisində baş siyasi komissar, sonra isə batalyon komissarı və Sovet Hərbi Dəniz Qüvvələrinin qəzetinin redaktoru kimi çalışıb. Leninqradın blokadası boyunca o, şəhərdə qaldı və "Qırmızı donanma" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərdi.

Müharibədən sonra Şteyn yazmağa davam etdi; onun "Admiralın ayrağı" (1950, 1951-ci ildə "Stalin" mükafatı), "Okean" (1961), "Alqış" (1967) və avtobioqrafik olan "Bir zamanlar mən var idim (1977) pyesləri ən yaxşı əsərləri sayılır. Onun bəzi əsərləri mübahisələrə səbəb olub. 1948-ci ildə yazdığı və "Stalin" mükafatı almış Şərəf Qanunu əsəri, guya "anti-kosmopolitizm" adlanan kampaniyanı dəstəkləyirdi. 1964-cü ildə yazılmış "Between the Showers" əsəri "Pravda" qəzetində tənqid olunmuşdu, çünki əsərdə Vladimir Lenin sxematik və cansız bir obraz kimi təsvir edilmişdi. 1957-ci ildə Şteyn "Teatr" jurnalının redaktorluğuna başladı.

Vəfatı SSRİ "Stalin" mükafatı laureatı (1949) Aleksandr Şteyn 5 oktyabr 1993-cü ildə vəfat edib və Vaqankovo qəbiristanlığında dəfn olunub.

Filmoqrafiya

Sualtı qayıq "T-9" (film, 1943)

İstinadlar

Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:"Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:XX əsr dramaturqları